“NATO Xəzər regionuna girmək üçün Bakıya təzyiqləri artıracaq” - İddia
Bizi izləyin

Nida.az

“NATO Xəzər regionuna girmək üçün Bakıya təzyiqləri artıracaq” - İddia

Qərb-Rusiya qarşıdurmasında Xəzər regionunun əsas hədəflərdən biri olduğuna dair fikirlər zaman-zaman gündəmə gəlir.


Publika.az xəbər verir ki, növbəti dəfə belə bir iddia ilə rusiyalı politoloq Andrey Areşev çıxış edib. Onun fikrincə, Xəzər regionuna müdaxilə NATO-nun prioritetləri arasında ilk sırada qalır: “Şimal Alyansının Xəzər regionu, Qafqazın enerji-tranzit funksiyası ilə bağlı ciddi maraqları var və bunun üçün hərbi logistika hazırlanır. Əlbəttə, NATO-nun və Xəzəryanı ölkələrin strukturları arasında əlaqələr kifayət qədər ciddi xarakter daşıyır. Bakının apardığı siyasət isə başqa məsələdir. Çünki rəsmi Bakı NATO ilə çox yaxınlaşmağın qonşu ölkələrlə, xüsusilə Rusiya və İranla münasibətlərdə problemlər yaradacağını anlayır və buna görə tarazlaşdırılmış siyasətə üstünlük verir.

Moskva və Tehran NATO-nun Xəzər ekspansiyasına birmənalı yanaşmırlar. Hesab edirəm ki, Xəzəryanı ölkələrin simpatiyasını qazanmaq uğrunda mübarizəni davam etdirəcək. Bu mübarizəyə təzyiqin bütün elementləri daxil ediləcək. O cümlədən, insan haqları, demokratiya və bu tipli təzyiqlər də ortaya çıxacaq”.


Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, politoloq Aleksandr Sergey Mixeyev isə hesab edir ki, ABŞ və NATO Xəzər regionuna müdaxilə etmək üçün məqam gözləyir: “Məhz bu baxımdan Həştərxanda keçirilən Xəzər sammitində tərəflər aid olmayan silahlı qüvvələrin bölgəyə girməsinə qarşı bəyanatların səslənməsi vacib idi. Xəzərdə üçüncü ölkələrin hərbi qüvvələrinin olmasının qarşısını alacaq sammiti çox əhəmiyyətli nailiyyət hesab etmək olar. Bu bütün hövzə dövlətləri üçün lazımlı idi. Çünki faktiki olaraq pərdənin arxasında olan qüvvələr, ABŞ və NATO bu bölgəyə girmək istəyir. Son 20-30 ildə biz ABŞ və NATO qüvvələrinin gəlişini yaxşı heç nə ilə müşahidə etməmişik. Bu ən yaxşı halda parçalanmaya Yuqoslaviyada olduğu kimi – səbəb olur, ən pis halda isə Əfqanıstan, İraq, Liviya və Suriyada gördüyümüz müharibəyə. Bu səbəbdən, beş Xəzər dövləti öz ərazilərini xarici təhdidlərdən qorumaq qərarını verdi. Beş lider ələ anlayırlar ki, yadları bizim qayğılarımızı və problemlərimizi düşünmürlər. Onlar öz arzularına doğru gedirlər, bu həmişə belə olub, bundan sonra da belə olacaq”.


Rusiyalı politoloq qeyd edib ki, Xəzəryanı ölkələr üçüncü qüvvələrlə razılaşmağa daha çox çətinlik çəkir, nəinki, bir-biriləri ilə. Onun sözlərinə görə, bölgədə sonsuz silahlandırmaya getməyin mənası olmazdı.


“Hərbi əməkdaşlıq haqda o vaxt danışmaq olar ki, bunun ağıllı səviyyəsi müəyyən ediləcək və sabitliyi təmin edəcək. Əks təqdirdə bu heç birimizə sərf etmir. Bu baxımdan, hərbiləşmə yalnız regionun ümumi təhlükəsizliyini qorumağa yönəlməlidir”, - deyə o bildirib.


Qeyd edək ki, Xəzərdə üçüncü qüvvənin olmaması haqda bəyənatların səsləndirildiyi Həştərxan sammitindən öncə Rusiyanın “Nezavisimaya Qazeta” nəşri yazırdı ki, hələ 2010-cu ildə Bakıda belə bir fikir var idi ki, dəniz milli sərhədlər olaraq bölünsün. Nəşr iddia edir ki, bu hər bir ölkəyə öz sərhədini qorumaq üçün istədiyi formanı seçməyə imkan verəcək ki, bu da ümumi təhlükəsizliyə təhdiddir.

Xəzərdə hərbiləşməyə qarşı ilk çıxan ölkələr Azərbaycan, Türkmənistan, Qazaxıstan idi. Qərblilər bunu nə qədər istəsə də, Bakı Tehran və Moskvaya zəmanət verib. Aşqabad və Astana da buna razıdır. Lakin ortada hüquqi baza olmadığından bu zəmanəti etibarlı hesab etmək olmaz. Xüsusilə Qərbin Bakını ələ almaq fonunda apardığı mübarizə buna əsas yaradır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm