Qubad İbadoğlu: “Müsavat daxili repressiyalara qarşı...” – Bəyanat
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu: “Müsavat daxili repressiyalara qarşı...” – Bəyanat

Müsavat Partiyasının narazı qrupu rəhbərliyə qarşı sərt bəyanatla çıxış edib.

Publika.az-a daxil olan bəyanatda Müsavat daxilində repressiyalara qarşı etiraz edilir: “Son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatlıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı “cəza vermək” çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyası plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır. Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları ilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Müsavat Partiyası Divanının sonuncu toplantısında partiya üzvləri Müsavat Partiyası başqanlığına sabiq namizəd Səxavət Əlisoy və partiyanın MNTK-nın keçmiş üzvü Əlövsət Talışxanlının Divanın növbəti iclasına çağırılması ilə bağlı qərarı, Sumqayıt şəhər təşkilatının üzvü, keçmiş siyasi məhbus Ənvər Əhmədin partiya sıralarından xaric olunması məsələsinin müzakirəyə çıxarılması hazırkı vəziyyətin daha da gərginləşdirilməsinə gətirib çıxarıb”.


Narazılar hazırkı rəhbərlik qarşısında bir sıra məsələləri qaldıraraq həllini tələb edib.


“Partiyadaxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun. Partiya üzvülüyündən mövqelərinə görə çıxarılmış Elman Elxanoğlunun, Məhəbbət Muradovun və Kamil Xəlilbəylinin hüquqlarının bərpası olunması üçün konkret addımlar atılsın və bu barədə qərar vermiş strukturlar məlum qərarlarına yenidən baxaraq onu nizamnamə normalarına uyğunlaşdırsınlar. Partiyada ikitirəliyə, bölücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.
Biz hesab edirik ki, partiyanın mərkəzi orqanların tutduğu cəzalandırma və repressiyalar xətti hazırda yaranmış vəziyyətin daha da pisləşməsinə, üzvlər arasında narazılıq və etimadsızlığın artmasına, partiyanın gələcəyinə və perspektivlərinə olan inamın azalmasına, partiya daxili demokratiyanın məhdudlaşmasına, son nəticədə də liberal demokratik kursda olan Müsavat Partiyasının nüfuzunun aşağı düşməsinə gətirib çıxarır”, - deyə bəyanatda qeyd edilib.


Narazılar partiya rəhbərliyini yanlış xətdən imtina etməyə çağırıb.

Bəyanatı Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə, Mehman Cavadoğlu, İbrahim İbrahimli, Adil Qeybulla, Ellada Məmmədli, Hüseyn Məlik, Tural Abbaslı və digər müsavatçılar imzalayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm