YAP-da Çin Kommunist Partiyasının üzvləri ilə görüş keçirilib
Bizi izləyin

Nida.az

YAP-da Çin Kommunist Partiyasının üzvləri ilə görüş keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərəgahında Çinin Kommunist Partiyasının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib9yap.org.az).

Qonaqları salamlayan Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Ə.Əhmədov qeyd edib ki, iki partiya arasında səmərəli əməkdaşlıq yaranıb və bu əlaqələrin inkişaf etdirilməsi hər iki partiyanın maraqlarına cavab verir.

YAP-ın sədr müavini əlavə edib ki, iki partiya arasında qarşılıqlı görüşlər müntəzəm olaraq baş tutur və mühüm sahələrdə dialoqun inkişaf etdirilməsinə öz töhfəsini verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri, Çin Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini Çjoy Li qeyd edib ki, iki partiya arasında əməkdaşlığın inkişaf etdirilməsi eyni zamanda iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinə öz töhfəsinə verir.

Qonaq ümid etdiyini bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və partiyalar arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

Görüşdə YAP icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP Siyasi Şurasının üzvü, mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm