Arif Hacılı sərt danışdı: “Qubad İbadoğlunu 3 dəfə görüşə çağırmışam, gəlməyib”
Bizi izləyin

Nida.az

Arif Hacılı sərt danışdı: “Qubad İbadoğlunu 3 dəfə görüşə çağırmışam, gəlməyib”

“Müsavat üzvlərinə dava açmaq niyyətində deyiləm. Üzərimə müharibə ilə gələn müsavatçıları da sülhlə qarşılayacağam”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanı Arif Hacılı özünün “Facebook” səhifəsində bildirib.


O, öz tərəfindən körpüləri yandırmadığını deyib: “Napaleonun məşhur deyimini mən belə dəyişdirirəm: “Müharibə istəyənlər onu almayacaqlar”. Kimin mənə nə sözü varsa gəlsin, görüşsün, sözünü desin, iradını bildirsin. Açıq qapını sındırmağa nə ehtiyac var?! Qubad İbadoğluna 3 dəfə, özü də müəyyən saatda yox, gün ərzində görüşməyi təklif etmişəm. Bir dəfə xaricdə olduğu, iki dəfə isə daha vacib işləri olduğu üçün gələ bilməyib.

Siyahıda adları olanlardan bəziləri ilə görüşmüşəm, bəzilərini şəxsən görüşə dəvət etmişəm. Bəziləri hətta Divanın qərarı ilə bizimlə görüşməkdən rəsmi imtina edib. Siyahıda fədakar partiya üzvləri ilə yanaşı Müsavatda aylarla, hətta illərlə görünməyən, indi bu siyahıda elan etdikləri vəzifələrə aid funksiyaları uzun müddət yerinə yetirməyənlərin də adları var. Onların illərlə cəmiyyətdə baş verən dəhşətlərə susqunluqla yanaşdıqları halda indi yox yerdən problem uydurub, qətiyyətlə üzərimizə gəlmələrinin motivləri mənə məlum deyil. Bununla belə onlarla da görüşüb mövqelərini dinləməyə hazıram. Bir dəfə də demişəm, yenə təkrar edirəm. Mənim mühafizəçilərim və normalaşdırılmış qəbul saatlarım yoxdur. Sözünüz varsa gəlin sözünüzü deyin. Bizimlə televiziya kanalları, bəyanatlar vasitəsi ilə danışmayın”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm