BBC: “İrəvanın hədələri sülh danışıqlarını pozur”
Bizi izləyin

Nida.az

BBC: “İrəvanın hədələri sülh danışıqlarını pozur”

“Helikopter olayı Bakının torpaqlarının Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğuna dair dünyaya daha bir sübutu oldu. Çünki vurulan helikopterdə 3 hərbiçi Ermənistan vətəndaşı idi”.


Publika.az xəbər verir ki, bu barədə BBC-nin Rusiya xidməti yazıb.


BBC Ermənistanı lazımsız “əzələ nümayişi” etməsini tənqid edib: “Bu, sülh danışıqlarını pozur. Halbuki, son aylar yerində sayan münaqişənin həlli üçün azacıq da olsa irəliləyiş görünürdü. Paris görüşü də buna zəmin yaratmışdı. Amma Ermənistanı təyyarələrinin təmas xəttinə girməsi və Bakını cavabı vəziyyəti əvvəlki nöqtəyə qaytaracaq”.


BBC 1991-ci ildə Dağlıq Qarabağa uçan Azərbaycanın Mi-24 təyyarəsinin erməni ordusu tərəfindən vurulmasını xatırladır.


“İrəvan artıq Bakıya cavab atəşinə hazırlaşır. Bu haqda hədələr səslənməkdir və sülh danışıqlarının yenidən pozulacağı görünür”, - deyə qeyd edilib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm