The Hill: “Kreymer və Kozlariçin Bakını tənqid etməsi Vaşinqtonun maraqlarına ziddir”
Bizi izləyin

Nida.az

The Hill: “Kreymer və Kozlariçin Bakını tənqid etməsi Vaşinqtonun maraqlarına ziddir”

ABŞ-ın nüfuzlu “The Hill” nəşrində Azərbaycan Milli Məclisinin beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin üzvü Asim Mollazadənin məqaləsi dərc olunub.


Publika.az xəbər verir ki, azərbaycanlı deputat “Freedom House” təşkilatının rəhbəri Devid Kreymer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçin “Azərbaycana sanksiyaların vaxtı çatıb” məqaləsinə cavab verib.


“Bu məqaləni oxuyanda çox təəccübləndim. Bu, birbaşa ABŞ-ın milli maraqlarına zidd olan məqalədir. Azərbaycan ABŞ-ın regional müttəfiqi olaraq özünü doğruldub. Şərqi Avropanı destibilizasiyaya uğradan Ukrayna böhranı və Yaxın Şərqi qana boyayan İŞİD radikalları fonunda müəlliflərin Azərbaycanı hədəfə alması onların öz məqsədilərinə aludə olduğunu göstərir. Mənim anlamadığım Azərbaycan hökumətini konstruktiv tənqid edilməməsidir. Mən özüm hökumətimizi tənqid edirəm. Lakin mən Azərbaycana qarşı təhdidləri və xüsusi şəkildə planlaşdırılmış kampaniyanı qəbul edə bilmirəm. Belə kampaniyalar islahatların aparılması prosesinə ziyan vurur. Kreymer və Kozlariç Azərbaycan hökumətinin tanınmış tənqidçiləridir və onların bu yanaşmasının Bakıya qarşı şəxsi hisslərindən irəli gəldiyi bəllidir. Buna baxmayaraq, onlar Amerikanın maraqlarını qorumaq və ümumi siyasətə töhfə vermək məqsədilə belə addımlar atırsa, haqq qazandırmaq olar. Amma onlar ABŞ maraqlarına zidd hərəkət edir. Xüsusilə, müəlliflərin bu mövqeyi regionda Birləşmiş Ştatların qiymətli müttəfiqinin itirilməsi deməkdir. Bu isə Tehran və Kremlin maraqlarına xidmət edir. Bu aşkar mənzərəni bu iki tanınmış müəllifin anlamadığı qəribədir. Mən problemlərə haqq qazandırmaq istəyindən uzağam. Vətəndaş cəmiyyəti sektorunda Azərbaycanda da, bütün regionda da müəyyən problemlər var. Lakin Bakı yerində saymır və bunun həllinə çalışır. Belə dar yanaşma Rusiya və İran təbliğatçılarına əsas verir. Hədəflər fərqlim olsa da, yanaşma eynidir”, - deyə A. Mollazadə bildirib.


Azərbaycanlı deputat dövlət katibinin sabiq müavini və sabiq səfirin regionda Rusiyanın təhdidini anlamadığını yazıb: “Onların Avropanın enerji təhlükəsizliyində rol oynayan Cənubi qaz koridorunu, post-sovet məkanında təbii qazın Avropaya çıxarılmasında əlindən gələni edən ən müasir dözümlü müsəlman cəmiyyətini, beynəlxalq terrora qarşı Qərbin partnyorunu, inkişaf edən bu ölkəni hədəf alması mənə təəccüblü gəlir. Onlar Ermənistanın qeyri-qanuni olaraq Azərbaycanın 20 faiz ərazisini işğal etdiyini, İrəvanın Şimali Koreya, Sudan, Kuba və Rusiya kimi Ukraynanın ərazi bütövlüyünü dəstəkləmədiyini, bu ölkənin Rusiyanın Gömrük Şurasına daxil olduğunu unudurlar. Burdan açıq şəkildə görünür ki, müəlliflərin şəxsi maraqları Amerika maraqlarından üstündür”.


A. Mollazadə ABŞ Azərbaycanın maraqlarının Birləşmiş Ştatlar üçün daha böyük məna kəsb etdiyini bildirib.


“Bu vətəndaş cəmiyyətinin gücləndirilməsi, islahatların aparılması baxımından faydalıdır. Müəlliflərin mövqeyi şəxsi maraqlardan irəli gəlir. Azərbaycanın strateji əhəmiyyətə malik olmadığını iddia etmək isə doğru deyil. Bunun üçün müəlliflər xəritəyə baxmalı və Rusiya ilə İranın maraqları fonunda Azərbaycana yanaşmalıdırlar”, - deyə A. Mollazadə bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm