Azərbaycanın sədrliyi ilə GUAM-ın iclası keçirilib
Bizi izləyin

Nida.az

Azərbaycanın sədrliyi ilə GUAM-ın iclası keçirilib

Ukrayna paytaxtında GUAM-ın katibliyində Azərbaycan tərəfin sədrliyi ilə terrorizmə qarşı mübarizə üzrə işçi yarımqrupun 13-cü iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda GUAM iştirakçıları olan bütün dövlətlərin nümayəndə heyətləri iştirak edib.

Tərəflər GUAM üzvü olan dövlətlərdə milli qanunvericiliyin aktual məsələləri, əməliyyat şəraiti, habelə terrorizmin qarşısının alınması və ona qarşı mübarizə sahəsində həmin dövlətlərin fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

İclasda qərara alınıb ki, işçi yarımqrupun fəaliyyətinin əlaqələndirilməsi funksiyası 2015-ci ildə də Azərbaycan tərəfinə həvalə edilsin. Növbəti profil iclasın 2015-ci ilin may ayında Bakıda keçirilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm