Nida.az
ATƏT rəsmisi Azərbaycanı nümunə göstərdi
"Azərbaycanın dini tolerantlıq sahəsindəki təcrübəsi dünyanın digər ölkələri üçün model kimi istifadə edilə bilər". Trend-in məlumatına görə, bunu ATƏT-in Bakı Layihə Əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski Bakıda keçirilən dini tolerantlığın möhkəmləndirilməsinə dair beynəlxalq konfransda çıxışında deyib.
Səfir qeyd edib ki, bir çox dinlərin və etniklərin nümayəndələri Azərbaycanda qarşılıqlı hörmət şəraitində yaşayırlar.
A.Şahtaxtinski dünyada dini balansın qorunub saxlanmasının vacibliyini vurğulayıb. O bildirib ki, bəzən dünyada siyasi məqsədlərə nail olmaq üçün din amilindən istifadə olunur. Səfir dünyada zorakılığın, dini fobiyaların qarşısının alınmasının vacibliyini qeyd edərək bildirib ki, bu məqamlar regional təhlükəsizliyə səbəb ola bilər.
Onun sözlərinə görə, bu problem dünyada, ATƏT məkanında aktual olaraq qalır: "Bu gün dünyada İslamafobiyanın artmasını görürük. Dünyada sünnilər şiələrlə, şiələr sünnilərlə dava edirlər, "yəhudiləri öldürək" şüarları hələ də mövcuddur. Dünyad, belə hallar hec cür qəbul oluna bilməz. Belə vəziyyətdə biz nə etməliyik? Belə vəziyyətdən çıxmaq asan deyil, amma biz terrorizmin, dini radikalizmin qarşısını almaq üçün birgə nələrsə edə bilərik, biz bunun üçün birgə hərəkət etməliyik".
Səfir vurğulayıb ki, bu ideyalar cəmiyyət üçün çox vacibdir: "Din dünyada bölüm, ayırma mənbəyi olmalıdır. Tolerantlıq qarşılıqlı hörmət deməkdir, məktəblərdə uşaqlara dinin sülhə xidmət etdiyini təbliğ etmək lazımdır ki, din radikalizmə xidmət etməsin".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!