Helikopter təxribatı kimə və niyə lazım idi? – Rusiya nəşrindən ƏDALƏTLİ versiya
Bizi izləyin

Nida.az

Helikopter təxribatı kimə və niyə lazım idi? – Rusiya nəşrindən ƏDALƏTLİ versiya

Azərbaycanın işğal edilmiş ərazilərində hava məkanını pozan Ermənistan helikopterinin vurulması mövcud situasiya ilə yanaşı, bir sıra siyasi versiyaları da gündəmə gətirir. Əsas sual Ermənistan helikopterinin işğal edilmiş ərazilərdə təmas xəttinin üzərindən niyə uçmasıdır.

Publika.az xəbər verir ki. Rusiyanın “Vestik Kafkaza” nəşri bununla bağlı maraqlı versiya ilə çıxış edib.


Nəşrə görə, Azərbaycan bu addımı beynəlxalq qanunlara və aviasiya haqqında konvensiyalara uyğun olaraq atıb: “Beynəlxalq konvensiyalar işğal edilmiş ərazilərdə hərbi manevrlər edən helikopterin vurulmasında Bakının haqlı olduğunu göstərir. Halbuki helikopter uçuşları birinci dəfə deyildi. Bu regionda münaqişənin alovlanmasına səbəb ola bilər. Amma burda əsas günahkar Bakı yox, İrəvandır”.


Əksər ekspertlər bunu İrəvanın təxribatı hesab edir. Maraqlıdır, bu təxribat kimə və nə üçün lazım idi?


Nəşr Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın Paris görüşünü xatırladır: “Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin də qoşulduğu bəyanatda Qarabağ ətrafında mövcud status-kvonun yolverilməzliyinin qəbuledilməz olduğu və sülh danışıqlarının davam etdirilməsi açıq şəkildə bildirilir.


Bu çağırış Azərbaycan tərəfindən tamamilə dəstəklənir, İrəvan isə müsbət cavab vermir.


Paris görüşündən 10 gün sonra işğal edilmiş ərazilərdə genişmiqyaslı hərbi manevrlər başlanır. Hərbi təlimlərdə təxminən 40 min Ermənistan əsgəri, 2 mindən çox artilleriya sistemi, 800-dən çox zirehli texnika iştirak edirdi.


Əminliklə demək olar ki, işğal edilmiş ərazilərdə keçirilən hərbi təlim İrəvanın münaqişənin diplomatik yolla həllindən imtina etməsi ilə bağlı açıq çağırış idi. Manevrlərin özü əvvəldən böyük təxribat olsa da, dünya yalnız Ermənistan helikopterinin vurulmasından sonra məsələyə diqqət yetirdi.


İrəvanda iddia edirlər ki, helikopter döyüş komplektinə malik olmayıb. Lakin yuxarıdan uçan helikopterin silahsız olub-olmamasını müəyyən etmək mümkün deyil. Buna görə də Azərbaycan tərəfi “İqla” zenit-raket kompleksindən istifadə edərək “Mi-24” helikopterini nizamnaməyə uyğun olaraq vurub.


Əlbəttə, Ermənistan öz vətəndaşlarını helikopterlə təmas xəttinə göndərəndə də bunun təhlükəli olduğunu anlayıb. Onlar bunun siyasi miqyasda nəyə gətirib çıxaracağını da bilirdilər. Çünki təmas xəttində gərginlik o vəziyyətdədir ki, istənilən təxribat döyüşlərin bərpa edilməsi ilə nəticələnə bilər. Təxribat təkcə bununla bitmir. Ümumiyyətlə, işğal edilmiş ərazilərdə hərbi manevrlər ən böyük təxribat idi”.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm