ŞOK İDDİA: “Qubad İbadoğlu hökumətə işləyir”
Bizi izləyin

Nida.az

ŞOK İDDİA: “Qubad İbadoğlu hökumətə işləyir”

Hüquq müdafiəçisi Sahib Məmmədov Müsavat başqanlığına keçmiş namizəd, tanınmış iqtisadçı Qubad İbadoğlunu hakimiyyətlə sövdələşmədə ittiham edib.


Publika.az xəbər verir ki, hüquq müdafiəçisi bu barədə “facebook” səhifəsində yazıb.


“Qubad İbadoğlunun bir müddətdir Neft Fondunun rəhbərliyi ilə intensiv məsləhətləşmələr apardığını bilirdim. Myanmadan başlanan sövdələşmə artıq nəticəsini verməyə bağlayıb. Neft Fondu qərara gəlib ki, Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünü Qubad bəyə bağışlasın və qalan təsisçilər ilə yavaş-yavaş uzaqlaşdırılsın. Bu barədə mənə hələ ÇQ üzvü olanda deyilmişdi. Səbəb kimi, koalisiyanın mandatından kənara çıxması göstərilirdi. Mən bu fikirlə tam razıyam. Çünki son illər bu koalisiya Müsavat və AXCP-nin əlində marionetka olub. Mən də dəflərlə bu barədə çıxışlar etmişəm. Amma koalisiya daxilində bu qarşıdurmaların başında həmişə Qubad İbadoğlu dururdu. İndi hər şey aydındır. İndi də HSŞT Koalisiyasını ələ keçirmək yolu tutub. Rəsmi bəhanəsi koalisiyanın QHT kimi Qubad İbadoğlunun adına qeydiyyatdan keçirməyin mümkün olmasıdır. Lakin koalisiyanı ilk təsis edən 25 təşkilatdan biri də mənim təmsil etdiyim təşkilatdır. İndi koalisiyanın 140 dan çox təsisçisi var. Mən vaxtilə Seçim qrupunun rəhbəri və Çoxtərəfli Qrupun üzvü olmuşam. HSŞT haqqında qanun layihəsinin müəllifiyəm. İndi Qubad İbadoğlu Koalisiyanı özəlləşdirir. Utanmadan bunu Neft Fondunun tapşırığı ilə etdiyini iddia edir. O qeydə alınsa, mən şikayət edəcəm və işi Avropa Məhkəməsinə qədər aparacam”, - deyə S. Məmmədov İbadoğlunu ittiham edib.


Onun bu iddialarına Müsavatda başqan Arif Hacılının tərəfdarlarının haqq qazandırması maraqlıdır.


Qubad İbadoğlu isə bu kampaniyaya müsavatçıların qoşulmasından təəssüfləndiyini bildirib. O, bu kampaniyanın hökumət tərəfindən ona qarşı aparıldığını iddia edib və müsavatçılara müraciət ünvanlayıb.


“Hörmətli və fədakar müsavatçılar, sizlərin bəzilərinin Mədən Sənayesində Şəffaflıq Koalisiyasının üzvləri olan və hökumətin mənim əleyhimə danışdırdığı şəxslərin apardığı təbliğata qoşulmağınızdan təəssüflənirəm. Siz orda nə baş verdiyini həmin koalisiyanın müsavatçı üzvləri qədər yaxından bilmirsiniz. Bu məsələdə onların yazdıqlarına və şərhlərinə diqqət yetirin. Hər yetənin, illər öncə Müsavatı tərk edənlərin əleyhimizə olan kampaniyasına kor-koranə qoşulmayın”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm