Nida.az
“Müsavat tarixinə “saxtakar başqan” kimi düşdün” – Arif Hacılıya sərt ittihamlar
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Səxavət
Əlisoy hazırkı başqan Arif Hacılının ünvanına yenidən ittihamlar
səsləndirib.
Publika.az xəbər verir ki, S. Əlisoy Müsavat Partiyasında keçirilən qurultayın nəticələrini tanımadığını açıqlayıb: “Nə sənin başqanlığını, nə Divanını, nə Məclisini, nə də MNTK-nı legitim hesab edirəm. Qurultayın nəticələrini tanımayan hansı müsavatçının partiyadan kənarlaşdırılacağı, kimlərin töhmət, yaxud şiddətli töhmət alacağı barədə qərarın kim tərəfindən verildiyini, “divanınızın” hansı kabinetdə keçirildiyini də bilirik və bunu dostlarla 5 gün əvvəl ciddi müzakirə etmişik.
Sən adını Müsavat Partiyası tarixinə “saxtakar başqan” kimi yazdırdın, partiyanın demokratik imicinə böyük zərbə vurdun və indi bizlərin əsas vəzifəsi Müsavatı bu anormal durumdan xilas etməkdən ibarətdir. Sən saxtakarlıqdan narazı olanlara istənilən cəzanı verə bilərsən. Lakin səni və saxtakarlığını qəbul etməyənlər susmayacaq. Hədəfin növbədənkənar qurultay olması prosesinə start verilib”.
S. Əlisoy Müsavat başqanına qarşı tələb irəli sürüb.
“Facebbok”da baş dirijor olduğun “instrumental ansamblın”
üzvlərinin sənə biət etməyənlərə qarşı təhqir və təhdidlərinə son
qoydur. Biz yaxın zamanda birtərəfli qaydada moratorium elan
edəcəyik. Çünki elə bir bumeranq effekti yaranar ki, utandığından
başını qaldıra bilməzsən. Sən və tərəfdarların heç bir zaman
Müsavatda söz azadlığının, plüralizmin qarşısında sipər ola bilməz.
Unutma, indi 1937 yox, 2014-ci ildir”, - deyə o bildirib.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi