Hasan Oktay: “Bakı güc potensialını nümayiş etdirdi”
Bizi izləyin

Nida.az

Hasan Oktay: “Bakı güc potensialını nümayiş etdirdi”

“Hava məkanını pozan Ermənistan helikopterinin vurulması beynəlxalq hüquq baxımından Azərbaycanın tam haqqı idi”.


Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, türkiyəli politoloq Hasan Oktay bildirib.


Onun sözlərinə görə, bu kontekstdə beynəlxalq təşkilatların reaksiyası təəssüfedicidir: “Onlar konkret insidentə münasibət bildirərkən narahat olduqlarını dilə gətirirlər. Lakin anlamırlar ki, Ermənistanın bu təxribatları bölgədə münaqişənin yenidən qızışması ilə nəticələnəcək. Hətta bəziləri Ermənistana haqq qazandırır. Bu təhlükəli tendensiyadır”.


H. Oktay helikopter olayının bir sıra məqamlara aydınlıq gətirdiyini düşünür.


“Bakı sülhü ən çox istəyən tərəfdir və 20 ildən artıq bir müddətdə buna çalışıb. Lakin Ermənistan tərəfinin onurğasız siyasəti, qeyri-konstruktiv addımlar münaqişəni ölü nöqtədən tərpənməsinə mane olur. Buna paralel olaraq, status-kvonun saxlanılmasında maraqlı olan İrəvan sülh danışıqları ciddi şəkildə gündəmə gələndə, təxribatlara əl atır. Helikopter olayı da bu təxribatlar silsiləsindən idi. Lakin bu bir məqamı da aydınlaşdırdı. Bakı öz gücünü sübut etdi. Yəni lazım olsa öz torpaqlarını güc yolu ilə qaytara bilər. Bu potensiala sahibdir”, - deyə o bildirib.


Türkiyəli politoloq helikopter olayının Azərbaycana böyük ruh yüksəkliyi verdiyini bildirib: “Ermənistan ordusu isə ruh düşkünlüyü içindədir. Psixoloji durumu olduqca aşağı düşüb”.


H. Oktay Türkiyənin bölgədəki prosesləri yaxından izlədiyini deyib. Onun sözlərinə görə, Ankara münaqişənin həllində və sərhədlərin açılmasında maraqlıdır: “Lakin burda sıralama var. Birinci münaqişə həll olunur, Azərbaycanın ərazi bütövlüyü bərpa olunur. Daha sonra sərhədlərin açılması məsələsi gündəmə gəlir. Əks təqdirdə mümkün deyil. Çünki sərhədlər 1993-cü ildən bəri bağlanıb. Ankara səy göstərsə də, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan buna nail olmaq mümkün olmayacaq. Bu baxımdan, Türkiyənin münaqişə ilə daha yaxından maraqlanması lazımdır. Sərhədlərin açılması Ermənistana böyük divident gətirə bilər. Bunu İrəvanda anlayırlar. Lakin onlar münaqişə həll olunmadan buna nail olmaq istəyirlər. Dediyim kimi, bu da mümkün deyil”, - deyə H. Oktay vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm