Nida.az
Qubad İbadoğlu: “Ən demokrat adamı da qaçırdılar”
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Hikmət Hacızadənin Müsavatdan istefasına münasibət bildirib.
Publika.az-a açıqlamasında Q. İbadoğlu bunu
Müsavat üçün böyük itki adlandırıb. Onun sözlərinə görə, H.
Hacızadə yeni rəhbərliyin repressiv siyasətinə etiraz olaraq bu
addımı atıb: “Hikmət bəy Müsavatın ən açıqfikirli üzvü idi. Neçə
illər bu partiya üçün can qoymuşdu. Amma sonunda ən dözümlü, ən
demokrat Hikmət Hacızadəni də bezdirdilər və partiyadan
qaçırdılar”.
Q. İbadoğlu Müsavatın daxili demokratiya böhranı yaşadığını
bildirib.
“Rəhbərliyin qərarları ilə razılaşmayanlar cəzalandırılır, fikir
azadlığı boğulur. Bu avtoritar idarəetmə sistemidir. Səxavət
Soltanlı haqsız olaraq çıxarıldı, eyni hal ondan əvvəl də bir neçə
şəxsə qarşı olmuşdu. Daha sonra Əlövsət bəy, indi də Hikmət bəy
istefa verdi. Rəhbərlik kimləri itirdiyini anlamalıdır. Bir kreslo
üçün bunlara getməyə dəyməz”, - deyə o vurğulayıb.
Lakin başqanlığa keçmiş namizəd mübarizələrinin davam edəcəyini
qeyd edib. Onun sözlərinə görə, ədalət öz yerini tapacaq:
“Repressiyalara son qoyulacağına və Müsavatın demokratik partiya
olaraq inkişaf edəcəyinə inanıram”.
Asif Nərimanlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ