“El” VHP-yə cavab verdi
Bizi izləyin

Nida.az

“El” VHP-yə cavab verdi

“El” hərəkatı Milli Şuranın üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflının ittihamlarına cavab verib.

Hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az –a açıqlamasında bildirib ki, o, bu sözlərin R. Manaflı tərəfindən deyilməsinə inanmır: “Mən inanmıram ki, R. Manaflı bu cür sözlər işlətsin. Onu mədəni insan kimi tanıyıram və hesab etmirəm ki, bu cür siyasi etikadan uzaq ifadələr onun dilindən deyilib”.

E. Quliyev əlavə heç nə demək istəmədiyini bildirib. Qeyd edib ki, hər kəs burdan öz payını götürsün.
Qeyd edək ki, R. Manaflı mediaya açıqlamasında “El” hərəkatını sabun köpüyü adlandırıb. O, hərəkatın yalnız adının olduğunu, özününsə heç bir fəaliyyətinin olmadığını bəyan edib.R. Manaflı hərəkatın sədri Eldar Namazovu da özünü reklam etməkdə ittiham edib.

Məsələyə E. Namazovun münasibətini öyrənmək üçün əlaqə cəhdlərimiz alınmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm