Nida.az
Arif Hacılı istefalara münasibət bildirdi: “Hər kəs buna əməl etməyə borcludur”
“Müsavat Partiyası nizamnaməni qəbul edən və buna əməl edəcəyini öhdəlik kimi üzərinə götürən insanların təşkilatıdır”.
Bunu Publika.az-a açıqlamasında Müsavat
partiyasının başqanı Arif Hacılı son istefalara münasibət
bildirərkən deyib.
Müsavat başqanı sistemli şəkildə nizamnaməni pozan şəxslər haqqında
müxtəlif qərarlar qəbul edilməsinin normal hal olduğunu bildirib:
“İstənilən demokratik cəmiyyət, yaxud partiya quruculuğu hökmən
qanunun aliliyi prinsipinə əməl edilməsi ilə müşayiət olunmalıdır.
Müsavat üzvləri üçün də münasibətləri tənzimləyən qanun
səviyyəsindəki sənəd partiyanın nizamnaməsidir. Partiyanın hər bir
üzvü bu nizamnaməyə əməl etməyə borcludur. Qurultayın, Məclisin,
Divanın qərarlarını saymamaq, dəvəti qəbul etməmək nizamnaməyə zidd
hərəkətlərdir. Bu baxımdan bir qərar qəbul etdik və bu qərarın
nizamnamə, eləcə də demokratik prinsiplərə uyğun olduğunu
düşünürəm”.
A. Hacılı partiyadan heç kimin istefa verməsini istəmədiyini
açıqlayıb.
“Hər bir üzv mənim üçün əzizdir. Mən heç kimin istefa verməsini
istəməzdim. Lakin partiyadan istefa verən şəxslər kifayət qədər
təcrübəli siyasətçilərdir. Onların belə qərar verməzdən əvvəl ciddi
düşündüklərini hesab edirəm”, - deyə başqan bildirib.
Müsavat başqanı partiyada söz azadlığının, fikir plüralizminin tam
şəkildə qorunduğunu bildirib: “Müsavat demokratik partiyadır. Belə
olmasaydı, qurultay keçirilməz, başqan dəyişikliyi olmazdı. Bunlar
reallaşan məsələlərdir. Partiyada söz azadlığının boğulduğuna dair
deyilən fikirlərin heç bir əsası yoxdur. Nizamnamə pozuntusuna görə
qəbul edilən cəza tipli qərarları antidemokratik addım hesab etmək
yolverilməzdir. Müsavat Partiyasından hər kəsin fikrinə hörmətlə
yanaşılır, dinlənilir və nəzərə alınır. Bu partiya illərdir belə
fəaliyyət göstərib. Hər kəsin fikrinə dözümlü yanaşıldığı kimi
partiyanın rəhbər orqanlarının qərarlarına da dözümlü
yanaşılmalıdır”.
A. Hacılı partiyada avtoritar idarə üsulunun tətbiq edilməsi haqda
iddialara da münasibət bildirib.
“Bunlar sadəcə iddiadır. Hər kəsin fikri qəbul ediləndə demokratiya
olur, amma kiminsə xoşuna gəlməyən qərarlar olanda avtoturizm
sayılır? Hər şey göz önündədir. Müsavat demokratik partiya olaraq
öz işini yenə də davam etdirəcək”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!