Keçmiş prezident: “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın köməyi ilə həll oluna bilər”
Bizi izləyin

Nida.az

Keçmiş prezident: “Dağlıq Qarabağ münaqişəsi Rusiyanın köməyi ilə həll oluna bilər”

“Dağlıq Qarabağ münaqişəni Rusiyanın köməyi ilə həll oluna bilər. Çünki Moskva bu regionda təsirə malikdir”.


Publika.az xəbər verir ki, bu barədə Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev Rusiyanın “Vestnik Kafkaza” nəşrinə müsahibəsində deyib.


Onun sözlərinə görə, bu münaqişə çətin həlli olan məsələdir: “Çünki uzun zamandır davam edir və bir növ etnik qruplar arasında baş verib. Bir ölkənin daxilində etnik münaqişə baş verəndə onu həll etmək çətin olur. Əgər bu münaqişə iki ölkə arasındadırsa, o zaman həll daha da çətinləşir. Münaqişənin həlli üçün böyük səylərə ehtiyac olduğunu düşünürəm”.


Keçmiş prezident post-sovet məkanı üçün İŞİD təhlükəsinin reallığına da toxunub. O, təhlükənin real olduğunu düşünür.


“Mənim doğma Qırğızıstanımda bu sınaqdan 1990-cı illərin sonlarında keçmişik. 1999-2000-ci illərdə Mərkəzi Asiya xilafətini qurmaq istəyən radikalların hücumu ilə üz-üzə qaldıq. Bu qüvvələr məhv olmadı. Əksinə, onlar Əfqanıstan, Pakistan bazalarında var və genişlənməkdədir. Onların parlaq lideri yoxdur, amma bu, heç nə demək deyil. Biz ekstremist qüvvələrin Şimali Afrikadan Yaxın Şərqə doğru yerini dəyişdiyini görürük. Onlar Mərkəzi Asiyaya tərəf hərəkət edəcək. Bu təhlükəni gözdən qaçırtmaq olmaz. Əksinə, buna qarşı önləyici tədbirlər görmək lazımdır”, - deyə Ə. Akayev bildirib.


Sabiq prezident “G-20” sammitindən də danışaraq Rusiya prezidenti Vladimir Putinin davranışını əsl siyasətçi yanaşması adlandırıb. Onun sözlərinə görə, Putin sammitə gedib və sözünü deyib: “Əgər getməsəydi, bu, onun məğlubiyyəti qəbul etməsi demək idi. Mən onu yaxşı anlayıram. Adətən, belə situasiyalarda siyasətçilər üçün çox çətin olur. Amma Putin bunun öhdəsindən gəlməyi bacardı”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm