Nida.az
PA rəsmisi: "QHT-lər beynəlxalq münasibətlərin mühüm aktyoruna çevriliblər"
Vətəndaş cəmiyyəti quruculuğu ilə bağlı yaradılan QHT-lər artıq beynəlxalq münasibətlərin çox mühüm aktyoruna çevriliblər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “QHT əməkdaşlığının nailiyyətləri və gələcək perspektivləri” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N.Məmmədov bildirib ki, bu gün dünyada elə QHT-lər var ki,
geosiyasi aktyor kimi fəaliyyət göstərir və beynəlxalq siyasətə
təsir edir: "Dünyada yaranan gərginlikdə QHT-lərin də məsuliyyəti
var”.
PA rəsmisi qeyd edib ki, postsovet məkanında Azərbaycan böyük
uğurlar qazanan ölkələr sırasındadır: “Azərbaycan beynəlxalq
terrorizmlə mübarizədə Qərblə mühüm əməkdaşlıq edib. Bu gün
Əfqanıstana daşınan yüklərin 40 faizi Azərbaycan üzərindən
aparılır. Biz həm siyasi, həm iqtisadi, həm mədəni sahədə Qərblə
uğurla əməkdaşlıq edən ölkələrdənik”.
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar