Nida.az
Azərbaycan Fransa hökumətinə etiraz etdi
Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
XİN rəsmisinin sözlərinə görə, etiraza səbəb Fransanın
Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı
separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq
bəyannaməsi” imzalamasıdır.
H.Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır".
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi