Bunun pis nəticələri ola bilər” – Talışlardan Böyükağa Hacıyevə CAVAB
Bizi izləyin

Nida.az

Bunun pis nəticələri ola bilər” – Talışlardan Böyükağa Hacıyevə CAVAB

Milli Şuranın Koordinasiya Şurasının üzvü, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradıcısı Eldəniz Quliyev “Neftçi” futbol klubu sabiq baş məşqçisi Böyükağa Hacıyevin fevralın 9-da Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” mat

Milli Şuranın Koordinasiya Şurasının üzvü, Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin yaradıcısı Eldəniz Quliyev “Neftçi” futbol klubu sabiq baş məşqçisi Böyükağa Hacıyevin fevralın 9-da Lənkəranda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” matçından sonra talışların ünvanına söylədiyi ağır sözlərə münasibət bildirib.

E.Quliyev Publika.Az-a açıqlamasında deyib: “Mən Azərbaycanda etnik ayrı-seçkilik salan hər hansı hərəkəti pisləyirəm. Bu çox xoşagəlməz bir hadisədir. Burada heç zaman bölücülük etmək lazım deyil. Burada hər kəs bərabərhüququlu Azərbaycan vətəndaşıdır. İstər talış, istər ləzgi, istərsə də türk olsun, hər biri bərabərhüquqlu Azərbaycan vətəndaşlarıdır. Etnik və dini mənsubiyyətinə görə heç kəsi təhqir etmək olmaz. Azərbaycan kiçik ölkədir. Belə kiçik yerdə etnik ayrıseçkilik salmaq isə heç də xoşagələn məsələ deyil. Bunun pis nəticələri ola bilər”.

Xatırladaq ki, "Xəzər Lənkəran"la oyundan (2:2) sonra "Neftçi"nin baş məşşqçisi Böyükağa Hacıyev keçirilən mətbuat konfransında matçın baş hakimini ittiham edib: "Təəssüf ki, Rəhim Həsənov bizdən üç xalı qopardı. İxtiyarı olsaydı, "Neftçi"nin 11 oyunçunu da meydandan qovardı. 3 xalı Rəhim Həsənov əlimizdən alıb apardı”.

B.Hacıyev Cənubi Kiprdə belə bu problemlərlə üzləşmədiklərini bildirib: "Cənubi Kiprdə APOEL-lə oyunda bu qədər problem yaşamamışdıq. Maşının şüşəsini sındırdılar, təhqir etdilər, daş atdılar.... Mən fikirləşirdim ki, naxçıvanlılarla talışların oxşar cəhəti var. Ancaq indi qətiyyətlə deyirəm ki, heç bir oxşarlıq yoxdu. Rəhim Həsənovu Allaha tapşırıram".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm