Nuşirəvan Məhərrəmli: “Ciddi adammış kimi gündəmdə qalırlar”
Bizi izləyin

Nida.az

Nuşirəvan Məhərrəmli: “Ciddi adammış kimi gündəmdə qalırlar”

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Məhərrəmov Nuşirəvan bəzi şou-biznes nümayəndələrinin televiziya efirlərində bir-birini təhqir etməsinə və bu cür digər hadisələrə münasibət bildirib.

MTRŞ sədri N.Məhərrəmli Publika.az-a açıqlamasında deyib ki, bu cür hallar yaxşı hərəkət deyil: “Bu cür hərəkətlər cəmiyyət tərəfindən qəbul olunmamlıdır. Media da bu cür məsələləri diqqətdən kənarda saxlamalıdır. Bu cür qalmaqallı xəbərlərin dalınca gedilməməlidir. Çünki bu cür hərəkətlər doğru hərəkətlər deyil. Digər tərəfdən, Milli Televiziya və Radio Şurası hüquq-mühafizə orqanı deyil ki, bu cür məsələlərə görə kimə gəldi xəbərdarlıq etsin. Bu cür məsələlərə görə məhkəmələr var. Kimsə təhqir olunduğunu iddia edirsə, buyurub məhkəməyə müraciət etsin”.

N.Məhərrəmli kütləvi informasiya vasitələri (KİV) nümayəndələrini də bu cür şəxslərin hərəkətlərinə diqqət yetirməməyə çağırıb: “Əgər bu cür hərəkətlərə mediada yer verilməsə, o zaman bu adamlar da bundan ibrət götürəcəklər və onlara cəmiyyətdə heç bir marağın olmadığını başa düşəcəklər. Ancaq bu cür adamlara reaksiya verəndə, onların hərəkətlərini gündəmə gətirəndə, o zaman ciddi adammış kimi gündəmdə qalırlar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm