MSK-dan seçkilərlə bağlı daha bir kitabça
Bizi izləyin

Nida.az

MSK-dan seçkilərlə bağlı daha bir kitabça

Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb.


MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd məntəqə seçki komissiyaları üzvlərini seçki günü prosedurları barədə daha ətraflı məlumatlandırmaqdır.

Yaddaş kitabçasının girişində MSK sədri Məzahir Pənahovun məntəqə seçki komissiyalarının üzvlərinə müraciəti yer alıb. Müraciətdə MSK sədri ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olan bələdiyyə seçkilərinin Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsində məntəqə seçki komissiyalarının üzərinə böyük vəzifə düşdüyünü xatırladır və seçkilərin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsində onlara uğurlar arzulayır.

Kitabçada seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələrinə dair yekun protokolun doldurulması müfəssəl izah olunub.

Yaddaş kitabçası Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəaları və MSK-nın qəbul etdiyi təlimat, izah və qaydalar əsasında hazırlanıb.

“Seçki günü üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm