Nida.az
İsa Qəmbərə qardaşından xəbərdarlıq: “Özündən küs...”
Müsavatın keçmiş başqanı İsa Qəmbərin qardaşı, Almaniyada yaşayan Rövşən Qəmbər bu gün partiyanın yeni başqanı Arif Hacılının sərt şəkildə tənqid etdikdən sonra öz qardaşına da bəzi iradları tutub.
Publika.az xəbər verir ki, R. Qəmbər “facebook” səhifəsində yenidən partiyadaxili problemlərə toxunaraq fikirlərini daha aydın şəkildə izah etmək niyyətinin olduğunu açıqlayıb.
“İndiyədək Azərbaycanın problemlərinin həllində qardaşım İsa
Yunısoğlunun çox böyük imkanlara malik olduğunu və ölkədə ən çox
sevdiyim vətəndaşın onun olmasına inanmışdım. Lakin mənim çoxsaylı
suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa
Qəmbər özündən küssün... Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda
ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını
ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan,
haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından
2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan
kimlərə Müsavat Partiyasının yüzilliyi münasibətilə fəxri fərmanın
verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də
fəxri fərmanla təltif olunmazdım.
Qubad İbadoğlunu dəstəklədiyim və 8-ci qurultayda on dəqiqəlik
çıxışımı istəmədikləri üçün, əsasən bu niyyətlə başqanlığa
namizədliyim haqda ərizəmə 17.09.2014 tarixində inboksuma yazılan
kiçik məktubu Rəsulzadənin davamçılarına layiq saymıram. Bu sualın
aydınlaşmasına çalışan Arif bəyə “Skayp”la və ya “WhatsApp” ilə
istənilən vaxtlarda incəliklərinə qədər əsaslandırılmış izahat
verməyə hazıram!! Yetər ki, Azərbaycanın problemlərinin həllinə
çalışan ən böyük müxalifət partiyasının inkişafında sosial
qrupların mənafeyinə deyil, Müsavat Partiyasının, Qarabağın,
Azərbaycanın və haqq-ədalətin tərəfdarlarının mənafeyinə uyğun
fəaliyyətimizi daha intensiv davam etdirək”.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO