Ellada Məmmədli: “Arif Hacılıya rəhbərlik postunu İsa Qəmbər verib”
Bizi izləyin

Nida.az

Ellada Məmmədli: “Arif Hacılıya rəhbərlik postunu İsa Qəmbər verib”

“Məclis sədri seçiləndə Müsavatda ən böyük narazı Arif Hacılı idi. Amma İsa Qəmbər 22 illik başqanlığı dövründə bütün narazıları idarə edə bildiyi və problemləri yoluna qoyduğu kimi, onu da yola gətirərək icra aparatı yaratdı. Arif Hacılıya rəhbərlik postu verdi. İndiki rəhbərlik nə üçün bunu edə bilmir? Deməli ya idarəçiliyi bacarmırlar, ya da istəmirlər”.


Bunu Publika.az-a açıqlamasında yeni rəhbərlikdən narazı olan Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.


Birliyin sədri narazılara qapının göstərilməsinin ən böyük yanlış olduğunu deyib. Onun sözlərinə görə, İsa Qəmbər müşavirədə bunu emosional şəkildə ifadə etdi: “Amma mən onun illərin müsavatçılarının getməsini istədiyinə inanmıram. O, dolayı yolla narazıları hakimiyyətə işləməkdə ittiham etdi. Mən müşavirədə buna aydınlıq gətiriləcəyini gözləyirdim, amma geniş açıqlama verilmədi. Hesab edirəm ki, narazılara birmənalı baxmaq lazım deyil. Özünü rəhbərlik adlandıran qurum bu insanlar nədən narazıdır deyə çözüm yolu axtarmaq əvəzinə, qapını göstərir. Bu, ömrünü müsavatçılığa həsr etmiş insanlara haqsızlıqdır”.


Amma E. Məmmədli istefa verməyi çıxış yolu kimi qəbul etmədiyini bildirib.


“Biz Rəsulzadə məfkurəsinə görə Müsavatdayıq. Rəsulzadə ağır həyat şəraiti keçərək çətinliklə Müsavatı bizə çatdırıb. Bunu nəzərə alaraq hər deyilən sözlə oturub-durmaq doğru deyil. Biz məfkurə davasını aparırıq və davamızda haqlıyıq”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm