Qardaşı İsa Qəmbərdən küsüb? – Özəl
Bizi izləyin

Nida.az

Qardaşı İsa Qəmbərdən küsüb? – Özəl

Müsavatın keçmiş başqanı İsa Qəmbərlə Almaniyada mühacirətdə yaşayan qardaşı Rövşən Qəmbərin münasibətlərində son vaxtlar soyuqluq yaranıb.


Bu barədə Publika.az-a Müsavatın adının çəkilməsini istəməyən fəallarından biri deyib.


Müsavat fəalı qardaşlar arasında soyuqluğun qurultaydan sonra yarandığını deyib: “Rövşən Qəmbər Qubad İbadoğlunu dəstəkləyirdi. Qurultayın nəticələrindən narazı qalanlardan biri də odur. İsa Qəmbər isə Arif Hacılının başqanlığını qəbul etməyənləri satqınlıqda ittiham edir. İsa bəy qardaşının əks cəbhədə olmasını qəbul etmir. Rövşən Qəmbər isə İsa Qəmbəri saxtakarlığa dəstək verməkdə günahlandırır. Həmçinin, ona qurultayda söz verilmədiyi və partiyaya üzvlüyünün bərpa olunmadığına görə qardaşından inciyib”.


Qeyd edək ki, R. Qəmbər dünən “facebook” profilində qardaşı İsa Qəmbəri qınayıb.


“İndiyədək Azərbaycanın problemlərinin həllində qardaşım İsa Yunısoğlunun çox böyük imkanlara malik olduğunu və ölkədə ən çox sevdiyim vətəndaşın onun olmasına inanmışdım. Lakin mənim çoxsaylı suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa Qəmbər özündən küssün... Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan, haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından 2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan kimlərə Müsavat Partiyasının yüzilliyi münasibətilə fəxri fərmanın verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də fəxri fərmanla təltif olunmazdım. Qubad İbadoğlunu dəstəklədiyim və 8-ci qurultayda on dəqiqəlik çıxışımı istəmədikləri üçün, əsasən bu niyyətlə başqanlığa namizədliyim haqda ərizəmə 17.09.2014 tarixində inboksuma yazılan kiçik məktubu Rəsulzadənin davamçılarına layiq saymıram”, - deyə o bildirib.


İsa Qəmbərin keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Qəmbər qardaşlarının arasında narazılığın olduğuna inanmadığını bildirib: “Mən onların daim səmimi münasibətinin şahidi olmuşam. Rövşən Qəmbər Azərbaycana gələndə həmişə İsa Qəmbərin evində qalıb. Onun kabinetində dəfələrlə səmimi söhbətlərinin şahidi olmuşam. İnanmıram ki, onlar arasında hansısa narazılıq olsun. Ola bilsin, Müsavatdakı son proseslərə görə inciklik yaranıb. Bunu dəqiq deyə bilmərəm”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm