Moskva və Tiflis Azərbaycan qumarbazları uğrunda müharibəyə başlayır – ŞOK
Bizi izləyin

Nida.az

Moskva və Tiflis Azərbaycan qumarbazları uğrunda müharibəyə başlayır – ŞOK

On il öncə Rusiyanın Soçi şəhəri Qara dənizin adi kurort zonalarından biri idi. Lakin Qış Olimpiada Oyunlarına hazırlıq prosesində mənzərə dəyişdi və hazırda bu şəhəri Rusiyanın Monte-Karlosu hesab etmək olar.


Publika.az xəbər verir ki, ABŞ-ın “EurasiaNet” saytı regionda qumardan əldə edilən maliyyə uğrunda savaşdan və Rusiya ilə Gürcüstan kazinolarının azərbaycanlı qumarbazlara görə qarşı-qarşıya dayandıqlarından yazıb.


Rusiya hökuməti 2009-cu ildə kazinoların məhdudlaşdırılması üçün sərt qanunlar qəbul etdi. Bu, qonşu Gürcüstan üçün sərfəli oldu. Gürcüstan kazinolara azadlıq verərək xeyli sərmayə əldə edə bildi. Xüsusilə Azərbaycan və Türkiyədə kazinoların qadağan olunması bu ölkələrin qumar həvəskarlarının Tiflisə üz tutmasına səbəb oldu. Lakin kazinoların Gürcüstan iqtisadiyyatına nəzərəçarpan töhfəni verəndə Rusiya yenidən kazino biznesinə imkanlar açmağa başlayıb.

Krımı ilhaq edən Rusiya kazino biznesini burda genişləndirmək qərarında idi. Rusiyalı məmurlar kazinoların açılmasını iqtisadi çətinliyi olan yarımada əhalisi üçün yeni iş yerləri olaraq görürdülər. Lakin Soçidə də kazinoların açılması qərarı gözlənilməz oldu. “Qırımızı tarla” ASC 92 faizi dövlət mülkiyyəti olmaqla kazino açılmasına lisenziyasını aldı. Vladimir Putin əvvəlcə buna qarşı olsa da, sonradan fikrini dəyişdi və iyulda fərman imzaladı.

Soçidə kazinoların açılmasına start verilməsi Gürcüstan bazarı üçün əsas təhdid hesab olunur və artıq indidən gürcü “qumar oynadanlar” narahatdırlar.

Ötən il Gürcüstan parlamentinin deputatları kazinoya qarşı çıxanda ölkə üçün əsl təhdid yaranmışdı. Qumara qarşı ölkənin əsas söz sahiblərindən olan Pravoslav kilsəsi də çıxırdı. Lakin sonda parlament kazinolardan gələn vergilərin büdcə üçün əhəmiyyətini anlayaraq bundan vaz keçdi. Misal üçün ötən il qumar biznesindən 60 milyon vergi daxil olub. Bu ümumi büdcənin 2 faizi deməkdir. Yerli qumar biznesinin son 9 ildə əsas paytaxtlarından biri Soçidən 370 kilometr uzaqlıqda yerləşən Batumi təşkil edir. Hər il burdakı kazinolardan 2,84 milyon dollar pul təkcə “sandıq başı” olaraq toplanır. Dövlət kazino açanlara 10 il lisenziya pulu ödəməmək şəraiti yaradıb. Batumidə hazırda 5 kazino hər gün işləyir. Yaxın müddətdə daha ikisinin açılması gözlənilir.


“EurasiaNet” qeyd edir ki, Rusiya kazinoları ilə Gürcüstan kazinolarının müştəri uğrunda mübarizəsi genişlənib. Bu müştərilər isə əsasən azərbaycanlılar və türklərdir.


“Sheraton” mehmanxanasında yerləşən “Peace” kazinosunun maliyyə direktoru Mehmet Esen Rusiyanın kazinoların açılması haqda qərarından narahat deyil.


“Ruslar Gürcüstana gələn qonaqların çox kiçik hissəsini təşkil edir. Bizim əsas müştərilərimiz azərbaycanlılar və türklərdir. İrandan gələn qonaqlarımız da olur. Rusiya varlıları isə Makaoya və Monte-Karloya gedirlər. Digər tərəfdən, Rusiyada kazino sənayesi pis tənzimlənir və daha çox kriminal aləmlə bağlılığı var”, - deyə o bildirib.


Lakin bütün dünyada kazino şəbəkəsi olan “Princess Casinos International” şirkətinin direktoru Mustafa Yılmaz nəşrə açıqlamasında Soçi kazinolarının Gürcüstan kazinolarına alternativ ola biləcəyini deyib: “Soçi Azərbaycan və Türkiyədən gələn potensial müştəriləri özünə çəkə bilər. Türklər Rusiyada vizasız 30 gün qala bilərlər. Azərbaycanlılar üçünsə bu müddət 90 gündür. Bundan başqa, Batumi yalnız yayda bir neçə aylığına turistləri qəbul edir. Soçi isə turistlər üçün həm yay, həm də qışda açıqdır. Lakin Soçidə hələlik qumar biznesinin dəqiq inkişaf strategiyası yoxdur. Buna görə də hələlik investorlar bu haqda düşünürlər. Həmçinin, verginin və lisenziya pulunun məbləği dəqiq bilinmir”.


Tiflisdə “Adjar” kazinosunu idarə edən İan Livinqston hər şeyi Soçinin inkişafı ilə bağlayır. Onun sözlərinə görə, bu şəhər kiçik Las-Veqas olacaqsa, o zaman gürcü kazinolar üçün çətinlik yaranacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm