Bakılı şahmatçı: “Putin sərt imicini qorumaq üçün Azərbaycana hücum edəcək” – Şok iddia
Bizi izləyin

Nida.az

Bakılı şahmatçı: “Putin sərt imicini qorumaq üçün Azərbaycana hücum edəcək” – Şok iddia

“Belarus və Qazaxıstan artıq Rusiyadan şübhələnir. Onlar müttəfiqlikdən narahatdırlar. Onlar siyasi cəngəllikdə növbəti qurban ola biləcəklərini anlayırlar. Bunu Moskvada da anlayırlar və Putinin sərt lider imicini qorumaq üçün yenidən hücuma keçmək lazımdır. Bu hücumun ən böyük ünvanı kimi Azərbaycan və Gürcüstan göstərilir”.


Publika.az xəbər verir ki, bu barədə bakılı şahmatçı Harri Kasparov deyib.


Onun sözlərinə görə, Rusiya Qərblə mübarizə fonunda atacağı addımları xəritədə neft və qaz boru kəmərlərinin haradan keçdiyinə baxaraq hesablayır: “Çünki Avropanın alternativ enerji əldə etməsi onlar üçün qəbuledilməzdir. Putinin Baltikaynı ölkələrə hücumu da inandırıcı deyil. çünki ortada NATO var. Ruslar sadəcə NATO-nun kağız üzərində pələng olduğunu sübut etmək istəyirlər. Buna paralel olaraq, Putin Baltikyanı ölkələrdə öz gücünü lazımi şəkildə nümayiş etdirir. Misal üçün, Obamanın Estoniyaya səfərindən bir gün sonra Koxvera Kazan Aviasiya İstehsal Birliyinin əməkdaşı oğurlandı. Bu “İttifaqınız kağız üzərindədir, sizi heç kim qorumayacaq” deməkdir. Yəni yarana biləcək bütün xaoslar ruslara sərf edir. Çünki bu, onların uğur qazanmaq şanslarını yüksəldir. Putin 1945-ci ildən sonra yaranmış dünya nizamanı müdafiə edən NATO və Avropa Birliyini etibarsız elan etmək istəyir”.


Kasparova görə, ABŞ-ın indiki rəhbərliyi Rusiyaya sərt cavab verməyə hazır deyil.


“Qərb öz sərtliyini göstərməlidir. Lakin Vaşinqtonun hazırkı rəhbərliyi buna hazır deyil. Növbəti prezident seçkilərindən sonra vəziyyətin dəyişəcəyini və Rusiyaya qarşı sərt mövqe sərgilənəcəyini hesab edirəm”, - deyə bakılı şahmatçı bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm