Nida.az
Azərbaycan və İraq arasında vizasız gediş-gəlişi haqqında saziş imzalanıb
Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İraqda rəsmi səfərdə olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən
məlumata görə, səfər zamanı E.Məmmədyarov İraqın Baş naziri Nuri
əl-Maliki və xarici işlər naziri Xoşyar Zebayri ilə görüşlər
keçirib.
İraqın Baş naziri ilə görüş zamanı ikitərəfli münasibətlərin
inkişafı, müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticarət, enerji,
təhsil sahələrində əməkdaşlıq perspektivləri, eləcə də iki ölkə
arasında hökumətlərarası müştərək komissiyanın fəaliyyəti müzakirə
edilib.
Terrorizmin beynəlxalq ictimaiyyət, o cümlədən ölkələrimiz üçün
böyük təhlükə olduğu qeyd olunaraq, bu sahədə əməkdaşlığın xüsusi
əhəmiyyət kəsb etdiyi və beynəlxalq birliyin səylərinin səfərbər
edilməsinin vacibliyi vurğulanıb.
E.Məmmədyarov İraqın Baş nazirinə Ermənistan-Azərbaycan münaqişəsi
ilə bağlı məlumat verərək, BMT Təhlükəsizlik Şurasının Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən
dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən 4 qətnamə
qəbul etdiyini və bu qətnamələrin hələ də Ermənistan tərəfindən
yerinə yetirilmədiyini və Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalının davam etdiyini diqqətə çatdırıb.
Bu işğal nəticəsində bir milyona yaxın insanın qanlı etnik
təmizləməyə məruz qalaraq, tarixi torpaqlarından qovulduğunu və
qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü deyən nazir
Ermənistanın beynəlxalq hüquqa davamlı surətdə hörmətsizlik nümayiş
etdirdiyini qeyd edərək, bu ölkənin beynəlxalq təşkilatların qəbul
etdiyi qətnamələrə riayət etməli olduğunu vurğulayıb. E.Məmmədyarov
münaqişə ilə əlaqədar Azərbaycanın haqlı mövqeyini və beynəlxalq
təşkilatlar çərçivəsində dəstəklədiyinə görə İraqa öz təşəkkürünü
ifadə edib.
Nuri Əl-Maliki İraqın Azərbaycan ilə müxtəlif sahələrdə əməkdaşlığa
hazır olduğunu bildirib. Baş nazir İraqın Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edərək, beynəlxalq
birlik tərəfindən qəbul edilmiş və tanınmış Azərbaycanın ərazi
bütövlüyünün pozulmasını təcavüz kimi qiymətləndirib və beynəlxalq
təşkilatların qəbul etdiyi qərar və qətnamələrin yerinə yetirilməli
olduğunu vurğulayıb.
Səfər çərçivəsində E.Məmmədyarov İraqın xarici işlər naziri
X.Zebayri ilə də görüşüb.
X.Zebayri ilə görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin
inkişaf səviyyəsinin məmnunluq doğurduğu qeyd olunaraq,
iqtisadiyyat, enerji, nəqliyyat və təhsil sahələrində əməkdaşlığın
genişləndirilməsi məqsədilə birgə səylərin artırılmasının vacibliyi
vurğulanıb.
Bu xüsusda, xarici işlər nazirləri iki ölkə arasında fəaliyyət
göstərən hökumətlərarası komissiyanın fəaliyyətini müzakirə
ediblər. Görüşdə müştərək komissiyanın İraq tərəfindən həmsədri
rabitə və əyalətlər naziri əvəzi Turhan əl-Mufti də iştirak
edib.
Nazir E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və
münaqişənin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək,
bu münaqişədə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə İraq
tərəfinə öz təşəkkürünü ifadə edib.
X.Zebayri İraqın Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və
sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıraraq,
ölkəsinin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn
norma və prinsipləri, eyni zamanda, beynəlxalq təşkilatların qərar
və qətnamələri əsasında həllinin tərəfdarı olduğunu bildirib.
E.Məmmədyarov həmkarına Azərbaycanın iştirakı ilə regionda həyata
keçirilən strateji enerji və nəqliyyat layihələri barəsində məlumat
verib.
İraqlı tələbələrin Azərbaycanda təhsil aldığını qeyd edən nazir
gələcəkdə bu imkanların daha da artırıla biləcəyini qeyd edib.
Görüşdə Azərbaycan və İraq xarici işlər nazirləri tərəfindən
"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti
arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin
vizasız gediş-gəlişi haqqında saziş" imzalanıb. Bu sazişin iki ölkə
arasında təmasların artmasına xidmət edəcəyi vurğulanıb.
Görüşdən sonra E.Məmmədyarov və X.Zəbayri kütləvi informasiya
vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçiriblər.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...