Aleksandr Qusev: “Şults Bakı ilə təzyiq dilində danışır”
Bizi izləyin

Nida.az

Aleksandr Qusev: “Şults Bakı ilə təzyiq dilində danışır”

“Saxarov” mükafatının builki təqdimatı diplomatik qalmaqalla yadda qaldı.

İlk olaraq Konqodan olan həkim-ginekoloq Deni Mukveqen, Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus və Ukraynada Avromeydan fəalları qrupu arasında seçim edildi. Sonda Konqolu həkim mükafata layiq görüldü. Lakin Avropa Parlamentinin rəhbəri martin Şults Azərbaycan rəhbərliyinə Leyla Yunusu “dərhal azad etmək” tələbini səsləndirdi.


Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Şultsun bu addımının ikili standartlardan irəli gəldiyini açıqladı. PA rəsmisinə görə, AP rəhbəri Azərbaycana qarşı daim qərəzli mövqeləri ilə yadda qalır.

Publika.az xəbər verir ki, MDB ölkələrinin strateji inkişaf mərkəzinin rəhbəri, strateji planlaşdırma və proqnozlaşdırma institutunun direktoru Aleksandr Qusev M. Şultsun davranışını onun post-sovet məkanına olan münasibətindən qaynaqlandığını bildirib: “Bu şəxs ziddiyyətli siyasi fiqurdur. Buna görə də onun mövqeyini tam olaraq Avropa Birliyinin mövqeyi ilə eyniləşdirmək olmaz. Avropa parlamentinin səlahiyyətli əhəmiyyətli şəkildə məhdudlaşdırılıb. Onlar yalnız Avropa Birliyinə üzv ölkələrlə bağlı nəsə deyə bilərlər. Rusiyaya, Azərbaycana, yaxud birliyin üzvü olmayan hansısa ölkəyə nəsə demək Şultsun səlahiyyətinə daxil deyil. Buna görə də yüksək vəzifəli avropalı siyasətçilərin bu tip açıqlamaları daha çox təzyiq elementidir, nəinki hansısa rəsmi yanaşma”.


Ekspert Qərbin Bakıya qarşı bu dözümsüz və daha çox qərəzdən irəli gələn münasibətini Azərbaycanın müstəqil siyasətini həzm edə bilməməsindən irəli gəldiyini hesab edir. Onun sözlərinə görə, Bakı Avropa ilə müəyyən təmaslı münasibətləri saxladığı kimi, Qərbin əsas rəqibi hesab etdiyi Rusiya ilə də əməkdaşlığı davam etdirir: “Azərbaycan rəhbərliyi bunu öz ölkəsinin maraqlarından çıxış edərək həyata keçirir. Lakin Qərbdə “mənim sevmədiyimi sən də qəbul etməməlisən” kimi yanlış yanaşma var. Ona görə də Bakıya qarşı zaman-zaman təzyiq elementi olan tənqidlər səsləndirilir”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm