Nida.az
Deputatlar Avropanı topa tutdu
Milli Məclisin bugünkü plenar iclasında Avropa siyasi təsisatlarının Azərbaycana qarşı səsləndirdiyi tənqidi bəyanatlar müzakirəyə çıxarılıb.
Publika.az-ın məlumatına görə, çıxış edən deputat
Zahid Oruc bildirib ki, Avropa Parlamentində Azərbaycana qarşı
xüsusi bir lobbi qrupu formalaşır. O Avropa Birliyi, Avropa
Parlamentini Azərbaycana qarşı qeyri-obyektiv münasibət
sərgiləməkdə günahlandırıb.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa da həmkarına dəstək verib. O bildirib ki, Qarakənd səmasında Azərbaycan dövlət nümayəndələrini aparaın helikopterin vurulmasınaın üzərindən o vaxt beynəlxalq təşkilatlar sükutla keçdilər.
Fazil Mustafa Qaraçuxur məscidinin yandırılmasını da pisləyib. O vurğulayıb ki, bu, Azərbaycana qarşı kəşfiyyat məqsədləri daşıyan addımlardır: “Məscidlərdə təhlükəsizlik təmin olunmalıdır. Orada polis postları, kameralar qoyulmalıdır”.
Spiker Oqtay Əsədov isə deyib ki, Torbörn Yaqland İşçi Qrup fəaliyyətini bərpa edəndən sonra bir həftə müddətində bunu təriflədi: “Sonradan isə necə oldusa, o fikrini də dəyişdi”.
YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da ABŞ-da polisin qaradərili vətəndaşı, eyni zamanda oyuncaq tapança ilə oynayan uşağı öldürməsini də tənqid edib. “Yaxşı olar ki, onlar öz daxillərindəki problemlərinə diqqət yetirsinlər. Allah eləməsin, belə hadisələr Azərbaycanda olsaydı, Qərb telekanalları, beynəlxalq təşkilatlar bütün günü bunu tənqid edəcəkdilər”.
Leyla
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır