Nida.az
Əli Kərimlini İsa Qəmbərə dəyişən keçmiş cəbhəçi: “AXCP-dən istefalar olacaq”
“Müsavat müxalifət düşərgəsində demokratik prinsiplərlə idarə olunan partiyadır. Mən əvvəldən bu partiyaya üzv olmaq istəyimi açıqlamışdım”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasına üzv olan AXCP
sədrinin keçmiş müavini Şakir Abbasov deyib.
O, hazırda Müsavatın sıravi üzvü olduğunu bildirib: “Əgər rəhbərlik
məni hansısa vəzifədə görmək istəsə, partiyanın güclənməsi naminə
nizamanmə çərçivəsində əlimdən gələni edəcəyəm. Tapşırılan
vəzifənin öhdəsindən gələcəyimə əminəm”.
Ş. Abbasov Əli Kərimlini İsa Qəmbərə dəyişməyinin əsas səbəbi kimi demokratiyanı göstərib: “İsa Qəmbər daha demokrat liderdir. Onun müxalifət düşərgəsində nüfuzu da yüksəkdir. Müsavat Partiyası da daha normal prinsiplərlə idarə olunan, demokratik dəyərlərə üstünlük verən təşkilatdır. Hazırda partiya daxilində gərginlik olduğu deyilir. Amma sizi inandırım, hər şey çox normaldır. Sadəcə olaraq, demokratik mühitdir və hər kəs öz fikrini ifadə edə bilir. Yoxsa, AXCP-də olduğu kimi mən sədrəm, yaxud sədrin birinci müaviniyəm, aşağı üzvlər mənin dediyimlə oturub durmalıdır prinsipi ilə yanaşmırlar”.
Keçmiş müşavir AXCP-dən yeni istefaların olacağını istisna etməyib.
Onun sözlərinə görə, partiyada Əli Kərimlinin idarəçiliyindən bezən
adamlar çoxdur: “Uzun illər mübarizə aparmış insanlar artıq Əli
Kərimlinin yalanlarını həzm edə bilmir. Bəlkə də, indiyə qədər
nəyəsə görə susublar, amma bundan sonra da danışmayacaqlarına
inanmıram. Çünki AXCP Əli Kərimli və onun ətrafında olan bir neçə
adam tərəfindən özəlləşdirilib. Belə partiyada fəaliyyət göstərmək
mümkün deyil. Ona görə də yeni istefalar gözlənilir”.
Asif Nərimanlı
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ