Bu deputatlar erməni naziri məyus etdi
Bizi izləyin

Nida.az

Bu deputatlar erməni naziri məyus etdi

Xəbər verdiyimiz kimi, noyabrın 27-28-də Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində “Avrasiyaya inteqrasiya: nailiyyətlər və problemlər” mövzusunda II Kazan İctimai Forumu keçirilib.

Tədbirdə Azərbaycanla bağlı qalmaqal yaşanıb. Belə ki, forumun sessiyasında Avrasiya İttifaqı barədə videoçarx nümayiş olunub və yeni postsovet iqtisadi birliyinin xəritəsi göstərilib. Qonşu dövlətlər, o cümlədən Azərbaycan da bu xəritədə göstərilsə də, Qarabağ Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib. Təbii olaraq bu da forumda iştirak edən Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin böyük etirazına səbəb olub.

Qeyd edək ki, forumda Azərbaycanı Milli Məclisinin deputatları Rauf Əliyev və Aydın Mirzəzadə təmsil ediblər.

Məsələ ilə bağlı Publika.az-a danışan YAP-çı millət vəkili A.Mirzəzadə deyib ki, 20 ölkədən dövlət xadimlərinin, parlament depuatatlarının, siyasətçilərin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi sözügedən beynəlxalq tədbirdə Ermənistan tərəfin bu iddiası cavabsız qalmayıb: “Forumun geniş iclasında çıxış edən Ermənistan təhsil naziri, hakim Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan çıxşında bildirdi ki, 2015-ci ildə Ermənistanda Osmanlı İmperiyasında 1915-ci ildə "ermənilərə qarşı baş vermiş genosidin" 100 illiyi geniş qeyd ediləcək və hamını o tədbirlər dəvət etdi. Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin İzmirdən AK Partiyadan olan millət vəkli Rifat Sait Ermənistan tərəfin bu iddasının yalan olduğunu və Osmanlı dövründə ermənilərə qarşı heç bir soyqırım olmadığını bildirdi. Türkiyəli deputat məlumat verdi ki, o dövrdə ermənilərə dövlətə sadiq xalq statusu verilmişdi. Türkiyə hökuməti arxivləri açmağı və bunu tarxçilərin geniş müzakirə etməsini təklif etsə də, Ermənistan bundan imtina edib.

Həmçinin Türkiyə millət vəkli çıxışında Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və onların işğladan azad edilməsini tələb etdiklərini bildirdi.

Tədbirdə Trükiyənin Kazan şəhərindəki vitse-konsulu da iştirak edirdi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm