Səxavət Əlisoy: “Birinin əlindən, digərinin ətəyindən öpün”
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: “Birinin əlindən, digərinin ətəyindən öpün”

“Bu gün Müsavatda bəziləri neytral qalmaqla özlərini ağıllı göstərirlər. Amma ya mövqeyin olur, ya da olmur. Az və ya çox dərəcədə mövqe olmur. Belələri mövqesizlərdir”.


Bunu Publika.az-a açıqlamasında Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib.


S. Əlisoy ad çəkmədən bir sıra müsavatçını sərt tənqid edib.


“Ya cəsarət göstərin, gerçək sifətinizi sərgiləyin, ya da gedin birinin əlindən, digərinin ətəyindən öpüb, susun. El dili ilə desək tüpürdüyünüzü yalayın”, - deyə o bildirib.


S. Əlisoy Müsavatın lideri İsa Qəmbəri də ittiham edib: “Bizi iqtidara işləməkdə, partiyaya xəyanət etməkdə ittiham edir. Yaxşı ki, bizi İran “Etalat”ına, Rusiya “KQB”-sinə, İsrail “Mossad”ına işləməkdə günhalandırmadı. Buna görə çox sağ olsun”.

Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycan ictimaiyyəti hər şeyin şahidi olacaq: “Məşhur mahnıda deyildiyi kimi, bir az da dözün. Tərəfimizdən əsasnamə də hazırlanacaq, nizamnamə də. Media üçün maraq doğuracaq və ictimaiyyəti sakitləşdirəcək addım atılacaq. Hər şey etmək mümkündür. Bizə xəyanətkar damğası vurulur. Guya yerdə qalanlar fədakarlardı. Fədakarların saxtakarlarla birlikdə olması, göstərilən hədəflərə doğru davam etməsi mümkündürmü? Bu heç bir parametrdən düzgün deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm