Müxalifətin “primadonnası” kimdir? – Qalmaqal
Bizi izləyin

Nida.az

Müxalifətin “primadonnası” kimdir? – Qalmaqal

Azərbaycan müxalifətinin “primadonnası” kimdir?

Publika.az xəbər verir ki, müxalifət düş.ərgəsinin iki partiyası – Azərbaycan Demokrat Partiyası (ADP) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında qalmaqal yaşanıb.


ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə müsahibəsində AXCP sədri Əli Kərimlini “primadonna” adlandırıb.


“Əli Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edir. Bu, gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət verirsən?! İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey olar? Vaxtilə hökumət tərəfindən Əli Kərimlinin özünün ləyaqətini alçaldan çoxlu materiallar gedirdi, qəzetlərdə, internet saytlarında yazırdılar. İndi Əli Kərimli papağını qabağına qoyub fikirləşsin ki, o vaxt hökumətin onun əleyhinə bu üsulla apardığı təbliğat, siyasi mübarizə ədalətli və düz idisə, qəbul edirsə ki, iqtidar onun haqqında deyilənləri düz edirdi, bu şeyi davam etdirsin, mən razıyam. Yox, əgər düz deyilsə, qulbeçələrinin ağzını yığışdırsın, onları tərbiyə etsin. Siyasi partiyaların əsas vəzifələrindən biri vətəndaş tərbiyə etməkdir, pozğun küçə uşaqları tərbiyə etmək deyil. Sən uşaqları öyrədirsən, gedib otururlar internetdə, analarının-bacılarının oxuduğu sosial şəbəkələrdə ağızlarına gələn küçə söyüşləri yazırlar, tərbiyəsizlik edirlər. Ola bilsin, heç uşaqlar deyil, böyüklərdir, amma hər halda qoy bilsin ki, vaxtilə onun özünə qarşı iqtidar belə bir kampaniya aparıb, onda biz Əli Kərimlini müdafiə edirdik. Bu gün Əli Kərimli sosial şəbəkələrdə həmin üsul və metodlarla bizə qarşı mübarizə təşkil edib, bunu düşünsün” , - deyə o bildirib.


ADP sədrinin bu açıqlaması sosial şəbəkələrdə aktiv cəbhəçiləri əsəbiləşdirib. S. Cəlaloğluna qarşı təhqir qarışıq hücum kampaniyası başlayıb.

Əli Kərimlinin müavini Həsən Kərimov isə Publika.az-a S. Cəlaloğlunu hakimiyyətə işləməkdə ittiham edib. Onun sözlərinə görə, ADP sədri onun sədrinə qarşı bu tipli açıqlamalarla iqtidarın gözünə girməyə çalışır.


“Bu da səbəbsiz deyil. Qarşıdan 2015-ci il parlament seçkiləri gəlir. Güman ki, Sərdar bəy bu seçkidə uğur qazanacaq. Amma nə olursa olsun, hər kəs onun kimliyini bilir. O, Əli Kərimliyə ləkə yaxmaq istəsə də, bu mümkün olmayacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm