Avronestin iclası başlanır
Bizi izləyin

Nida.az

Avronestin iclası başlanır

Bu gün Brüsseldə Avronest Parlament Assambleyasının komitə iclasları öz işinə başlayıb. Bununla bağlı Belçikada olan Azərbaycan Milli Məclisinin üzvləri iclaslarda iştirak edirlər. Bu barədə Publika.Az-a Milli Məclisin deputatı, Avronestin Enerji Komitəsinin sədri Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Avronest-in üç komitəsinin iclası keçirilir. Qurumun Enerji komitəsinin iclasında 2015-ci ildə Riqada keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı” proqramı ölkələrinin növbəti sammitinə hazırlıqlar və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində enerji ehtiyatlarının səmərəli istifadəsi və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda məruzə dinləniləcək.“Bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın perspektivləri” mövzusunda Avropa külək enerjisi Assosiyasının rəhbəri Sara Azau məruzə edəcək. İclasda həmçinin Enerji komitəsinin hesabatı dinləniləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm