Nida.az
Əli Həsənov: Müsəlman jurnalistlər ortaq mövqe nümayiş etdirə bilərlər
"Düşünürəm ki, müsəlman ölkələrində jurnalistlər birləşə və ortaq mövqe nümayiş etdirə bilərlər". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Tehranda İrna xəbər agentliyinin müxbirinə açıqlamasında deyib.
Tehranda keçirilən İslam ölkələrinin informasiya nazirlərinin 10-cu
iclasında iştirak edən Ə.Həsənov iclasda müsəlman ölkələrinin bu
məsələdə ortaq məxrəcə gələcəklərinə ümidini ifadə edib: "Müsəlman
ölkələrindəki jurnalistlər düzgün, obyektiv informasiya yaymaqla
İslam ölkələrinin məqsədlərinə çatmasında yardımçı ola bilərlər.
Müasir dövrdə informasiyanın doğru-dürüst çatdırılması əsas
amildir".
PA rəsmisi bildirib ki, Qərb mediası bu gün müsəlmanları bir sıra hallarda terrorçu kimi təqdim edir: "Bunun nümunəsini Suriya, Misir və İraqda görürük. İnsanlara həqiqətləri çatdırmaq lazımdır. Ümid edirəm ki, bu iclas İslam dünyası KİV-ləri arasında həmrəyliyin göclənməsinə və onların vahid koordinasiya mərkəzinin yaradılmasına yardımçı olacaq".
Qeyd edək ki, İslam ölkələrinin informasiya nazirlərinin 10-cu iclası dekabrın 3-4-də Tehranın Azadi hotelində keçirilir. “İslam dünyasında sülh və sabitliyin təmini üçün KİV-in yaxınlaşması” şüarı ilə keçirilən iclasda 57 müsəlman ölkəsinin nümayəndəsi iştirak edir
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?