Cəmil Həsənlidən Eldar Namazovun ittihamlarına cavab
Bizi izləyin

Nida.az

Cəmil Həsənlidən Eldar Namazovun ittihamlarına cavab

“Mən dəqiq bilmirəm söhbət hansı məktubdan gedir, hansı məktubu deyirlər. Ümumiyyətlə, daha bu barədə danışmayacağam, çünki demək istədiklərimin hamısını mətbuata demişəm. Bundan da artıq deyəcəyim heç nə yoxdur”.

“Bu o qədər mənasız söhbətlərdir ki, buna cavab verməyə ehtiyac yoxdur”.Bu barədə Milli Şuranın sədri Cəmil Həsənli qurumdan istefa verən “El” hərəkatının sədri Eldar Namazovun onu regionçuluqda ittiham etməsinə münasibət bildirərkən deyib. O, E. Namazovun dediyi məktub məsələsinə də toxunub.

“Mən dəqiq bilmirəm söhbət hansı məktubdan gedir, hansı məktubu deyirlər. Ümumiyyətlə, daha bu barədə danışmayacağam, çünki demək istədiklərimin hamısını mətbuata demişəm. Bundan da artıq deyəcəyim heç nə yoxdur”-deyə Milli Şura sədri E. Namazovun ittihamlarına cavab verməyəcəyini açıqlayıb.

C. Həsənli Milli Şuradan istefa verənlərin əvvəl eyni düşərgədə olduqları insanlara qarşı ittihamlar irəli sürməsinə qarşı olduğunu bildirib: “Mən buna tərəfdar deyiləm. Hesab edirəm ki, buna ehtiyac yoxdur. Əgər insanlar bir yerdə olublarsa, birgə yol gediblərsə, buna hörmətlə yanaşmaq lazımdır. Sonradan deyilən fikirlər lazım deyil, buna ehtiyac da yoxdur. Mən özüm heç vaxt birinci olaraq belə şeyə cəhd etməmişəm”.

Qeyd edək ki, E. Namazov Bəzən adamı məcbur edirlər ki, onunla onun dilində danışasan” deyə Cəmil Həsənli ilə bağlı bir sıra ittihamlar irəli sürüb. (http://publika.az/p/5274 )

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm