1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib -(YENİLƏNİB) - FOTOLAR
Bizi izləyin

Nida.az

1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib -(YENİLƏNİB) - FOTOLAR

Bu gün Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının iyul 2012 - dekabr 2013-cü il ərzində icrası ilə bağlı iclas keçirilib. Publika.Az-ın məlumatına görə, iclasda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İntiqam Babayev, bir ısra QHT nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Nazir çıxışında bildirib ki, "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə ölkədə Gənclər Fondu müasir tələblərə uyğun qurulub: "Gənclər üçün Prezident mükafatı təsis ediıib cə 5 fevral 2014-cü ildə keçirilən tədbir zamanı 6 ilk layiqli namizəd mükafatlandırılıb. Gənclər siyasətinin bazasının möhkəmləndirilməsi məqsədilə 23 şəhər və rayonda Gənclər evi və mərkəzi inşa edilib, daha 14-nün inşaasına başlanıb. Gənc kadrlarla bağll məlumat bankları yaradılıb. Bu gün Azərbaycanın inkişafında gənclərin elmə həvəsləndirilməsi vacib rol oynayır".

Nazir qeyd edib ki, Prezident yanında Elmin İnkişaf Fondu 2011-ci ildən bəri 1 milyon 140 min 700 manat məbləğində layihələr maliyyələşdirilib:" Gənc ailələrə qrant layihələrin verilməsi, gənclər arasında elmi tədqiqat işlərinə marağı artırıb. Ölkənin qazandığı nailiyyətlər, gənclərin fəaliyyətində davamlı inkişaf tapıb. Ötən il ölkəmizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurası nın üzv ölkələrindən 50-dək gənc kibertəhlükəsizlik mövzusunda model simulyasiya oyunu keçirilib. 2013-cü ildə Gəncə 2016-cı ildə Gənclər paytaxtı seçilib. Məlumdur ki sözügedən proqram gənclər və gənclər təşkilatlarının iştirakı ilə hazırlanıb və onun icrasında gənxclər təşkiatları aktiv olaraq qoşulublar".

Nazirin sözlərinə görə, ötən il nazirlik tərəfindən ümumi məbləği 5 milyon 500 min manat dəyərində 137 layihə maliyyələşdirilib.

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Dövlət Proqramı çərçivəsində "Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsini keçdikdən sonra Nazirlər Kabinetinə təqdim edilib.

"Nazirlər Kabinetinin 18 noyabr 2013-cü il tarixli 327 nömrəli qərarı ilə "Yaradıcı gənclərə dövlət dəstəyinin genişləndirilməsi məqsədilə dövlət mülkiyytində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlaraının güzəştli şərtlərlə yaradıcı gənclərin istiafdəsinə verilməsi qaydaları" təsdiq edilib".

Nazir müavini bildirib ki, həmçinin, proqram çərçivəsində ötən il Mingəçevirdə "Gənclər evi" tikilib istifadəyə verilib."2015-ci ilin sonuna qədər daha 9 "Gənclər evi"nin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda respublkianın 23 rayon və şəhərində "Gənclər evi" və mərkəzləri fəaliyyət göstərir.

Vasif Həsənli

15.57

Gənclərlə bağlı dövlət proqramı necə icra edilir?- Müzakirə

Bu gün Bakıda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurasının növbəti iclası keçirilir.Publika.Az-ın məlumatına görə, Əlaqələndirmə Şurasının sədri gənclər və idman naziri Azad Rəhimovdur.

İclasda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində görülmüş işlər haqqında hesabat veriləcək, əldə olunmuş uğurlar, problemlər və çətinliklər müzakirə olunaq, həmçinin gələcək planlara dair fikir mübadiləsi aparılır.

Əlaqələndirmə Şurası Dövlət Proqramının 4-cü fəslinə uyğun olaraq yaradılmış və onun üzvləri aidiyyəti üzrə dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, beynəlxalq və ictimai təşkilatların təmsilçiləridir. Əlaqələndirmə Şurasında 32 nəfər dövlət qurumlarını, 3 nəfər Milli Məclisi, 3 nəfər beynəlxalq təşkilatları və 19 nəfər gənclər təşkilatlarını təmsil edir. Dövlət qurumları əsasən nazir müavinləri səviyyəsində təmsil olunur.

Çıxış edən gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda həyata keçirilən gənclər siyasətinin uğurlarından və ötən dövrdə görülən işlərdən danışıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm