Nida.az
“Sərdarın Əli Kərimli kimi maşını, cangüdəni, villası varmı?” – ADP-AXCP davası böyüyür
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar
Cəlaloğlunun AXCP sədri Əli Kərimlini müxalifətin “primadonnası”
adlandırandan sonra cəbhəçilər ADP-yə qarşı sərt reaksiya
göstərməkdə davam edirlər.
Publika.az xəbər verir ki, Əli Kərimlinin müavini Nurəddin Məmmədli Sərdar Cəlaloğlunu Hafiz Hacıyevlə müqayisə edib: “Əvvəllər Sərdar Cəlaloğlunun dedikləri mötəbər məzmun daşıyırdı. Bu gün Sərdar Cəlaloğlu Hafiz Hacıyevin savadlı variantıdır. Daim təriflənən, hər yerdə hörmətli insan kimi qəbul edilən bu adam indi qınaq obyektidir. Ona görə də ciddi kompleksləri formalaşıb. Hamıya düşmən kimi yanaşır. Qurani-Kərimdə səhv axtarır, Füzulini, Babəki, Səməd Vurğunu düşmən elan edir.
Tərk etdiyi camiədə ləyaqət hissini qoruyub saxlayan, getdiyi yola sadiq olanlara qənim kəsilib, satqınlığı təbliğ edir. Vaxtı ilə YAP-in zirvəsində oturanları təhqir edən bu adam, indi YAP-ın süpürgəçisi ilə bir yerdə oturub Azərbaycanın problemlərini müzakirə etmək üçün dəridən-qabıqdan çıxır. Bir sözlə, Sərdar Cəlaloğlu Azərbaycan xalqı üçün itirilmiş adamdır. Onun dedikləri vicdanlı insanların ürəyini bulandıra bilər, vəssalam. Amma nəyisə dəyişdirə bilməz. Ona görə də ciddiyə alıb baş qoşmağa ehtiyac görmürəm”.
Əli Kərimlinin müavinin fikirləri S. Cəlaloğlunun böyük qardaşı,
Qarabağ əlili Əbdül Məmmədlinin qəzəbinə tuş gəlib. O, Nurəddin
Məmmədliyə vaxtilə S. Cəlaloğlunun müavini olduğunu xatırladıb:
“Məndə bir vaxtlar Sərdardan ağıllı lider görməyən Nurəddin
Məmmədlinin müavini olduğu partiyanı tərk edərək daim söydüyü Əli
Kərimliyə hansı səbəbdən müavin getdi sualı yaranır. Siz özünüz də
bilirsiniz ki, Sərdarı başa düşmək üçün burada rəy yazanların heç
birinin nə ağlı, nə savadı, nə dünya görüşü çatmaz. Əgər doğrudan
da içi siz qarışıq partiyanızın sədri başda olmaqla ağıllı insan
varsa, masa arxasında oturub müzakirə edin və Sərdarın ağılının
olmadığını sübut edin. Onun dediyi bir kəlmənin belə mənasını
anlamayan, yazdıqlarını oxumadan, sizin yazdıqlarınıza “ləbbeyk”
deyən nadan insanların vasitəsilə təhqirlərə düçar qoymaq
istədiyiniz adamın kimliyini ağıl və təfəkkürünü siz daha yaxşı
bilirsiniz. Hansı ağıl və zəka ilə Sərdar Cəlaloğlunu hansısa
ağıldankəmlərə söydürürsünüz? Sərdarın da Əli Kərimli kimi bir neçə
maşını, cangüdənləri, villası varmı? Sizlər onun səviyyəsinə
çatmadan aşağıdan yuxarı daş atmaqla heç nə əldə edə
bilməzsiniz”.
S. Cəlaloğlunun qardaşı cəbhəçilərə xəbərdarlıq edib. O, qardaşını
təhqir edəcəkləri təqdirdə bildiyi çox mətləbləri açacağını
deyib.
Asif Nərimanlı
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik