Asif Verdiyev: “Belə hadisləri proqnozlaşdırmaq mümkün deyil“
Bizi izləyin

Nida.az

Asif Verdiyev: “Belə hadisləri proqnozlaşdırmaq mümkün deyil“

İyunun 19-da saat 17:40 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin ərazisində normal hava şəraitində təxminən bir dəqiqə davam edən burulğanlı qasırğa baş verib.

Gözlənilməz hadisə nəticəsində 110 metrlik hasar uçub, dam örtükləri, elektrik dirəkləri, işıq və rabitə xətləri sıradan çıxıb, rabitə əlaqəsi kəsilib.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu baş hidroloqu Asif Veridyev Azərbaycanda tez-tez rast gəlinməyənbu bu təbiət hadasinin izahını verib.

Baş hidroloq Publika.Az-a deyib ki, bu cür hadisələr hər zaman müşahidə oluna bilər:

"Adətən, şimşək çaxanda külək güclənir. Dünən baş verən hadisə zamanı da eyni proses müşahidə olunub. Yağış, şimşək və güclü külək burulğanla nəticələnib. Bu, çox qısa müddət çəkib. Belə burulğan isti günlərdə də müşahidə oluna bilər.

Belə hadisələr gözlənilən olmur və proqnozlaşdırılımır. Biz sadəcə külək olacağı və yağış yağacağı ilə bağlı proqnoz vermişdik".

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm