Millət vəkili: “Təhsil kreditləri haqqında” qanunun qəbulunu istəməyənlər var”
Bizi izləyin

Nida.az

Millət vəkili: “Təhsil kreditləri haqqında” qanunun qəbulunu istəməyənlər var”

“Gündəlik Teleqraf"ın bugünkü sayında

"Gündəlik Teleqraf" qəzetinin 20 iyun 2012-ci il tarixli sayının başyazısı "Müxalifətin durumu pisdir” adlanır. ADP sədri Sərdar Cəlaloğlu müxalifət daxilində baş verən proseslər, İctimai Palatanın yürütdüyü siyasət, 2013-cü il prezident seçkilər ilə bağlı hazırlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Politoloqlar ATƏT-in Minsk Qrupu həmsədrləri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatını şərh ediblər.

“Yol Xəritəsi” İctimai Palatada ziddiyyət yaradıb” başlıqlı yazıda isə İctimai Palatanın yeni “Yol Xəritəsi” ideyasına qurum təmsilçilərinin ziddiyyətli mövqeyi yer alıb.

“Təhsil kreditləri haqqında” qanunun qəbulu ləngiyir. Bunun səbəbləri barədə sözügedən qanun layihəsini hazırlayaraq Milli Məclisə təqdim edən millət vəkilləri Əli Məsimli və Vahid Əhmədov danışıb.

Rusiya Ermənistandakı hərbi gücünü artırır. Bu barədə daha geniş məlumatı başqa bir yazıdan ala bilərsiniz.

“Moskvada separatçı konfrans” başlıqlı yazıda Rusiyanın paytaxtında Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti ilə Avar Milli Mədəni Muxtariyyəti tərəfindən təşkil edilən konfransla bağlı millət vəkili Sabir Rüstəmxanlının fikirləri yer alıb.

İtaliya Prokurorluğu sabiq baş nazir Silvio Berluskoninin 3,8 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

“Balaxanı – tüstüləyən zibillik, səfalət və neft” başlıqlı yazıda isə Balaxanı qəsəbəsindəki ağır ekoloji vəziyyətdən danışılır.

"Gündəlik Teleqraf"ın bugünkü sayında həmçinin "AZAL Müsavatdan 500 min tələb edir”, "Mustafa Hacıbəyli AXCP sədrinin müaviniə kəskin cavab verdi”, "Maqnit qasırğasının insan orqanizminə təsiri”, "Zorakılığa görə cərimə və cəzalar artırılır" başlıqlı yazıları və maraqlı köşələri oxuya bilərsiniz.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm