”Yuxumda da Turan dövlətini görürəm”
Bizi izləyin

Nida.az

”Yuxumda da Turan dövlətini görürəm”

Bu barədə Elçibəy hökumətində daxili işlər naziri olmuş İsgəndər Həmidov nazir olduğu vaxt ABŞ prezidentinin inauqurasiyasına qatıldıqdan sonra Vaşinqtonqda “Kürdüstan” dövlətini yaratmaq istəyənlərlə görüşməsi haqqında yayılan məlumatlara münasibət bildi

İsgəndər Həmidov: “O oğlan hardan bilir türk kəşfiyyatı şəklimi çəkib?”

“Mən Bill Klitonun inauqurasiyasına gedərkən nümayəndə heyətinin rəhbəri olmamışam, tək dəvət almışam. Orda da heç kimlə görüşməmişəm, bu məlumatlar cəfəngiyatdır”.

Bu barədə Elçibəy hökumətində daxili işlər naziri olmuş İsgəndər Həmidov nazir olduğu vaxt ABŞ prezidentinin inauqurasiyasına qatıldıqdan sonra Vaşinqtonqda “Kürdüstan” dövlətini yaratmaq istəyənlərlə görüşməsi haqqında yayılan məlumatlara münasibət bildirərkən deyib.

İ. Həmidov qeyd edib ki, həmin səfərdə onunla birlikdə 3 nəfər də olub: “Ümumi olaraq 4 nəfər idik: Mən, Abbas Abbasov, Rauf Gülməmmədov və Azərbaycanın ABŞ-da ovaxtkı səfiri Asim Mollazadə olub. Klintonun andiçmə mərasimində iştirak etmişik. Sonra “Vaşinqton Post” qəzetinə dəvət almışıq, daha sonra Dövlət Departamentində olmuşuq. Başqa heç kəslə görüşümüz olmayıb. Mənim kürdlə, yaxud kiminləsə görüş keçirməyim haqqında deyilənlər cəfəngiyatdır”.

Sabiq nazir qeyd edib ki, buna sübutları varsa buyursunlar: “MİT-in şəklimi çəkdiyini, yaxud səsimi yazdığını deyən oğlan bunu hardan bilir. Sübutları varsa, buyursunlar yaysınlar. Daxili işlər naziri postundan getməyimə səbəb də Kəlbəcərin işğalı olub. ABŞ həmin səfərdən sonra mən 3-4 ay həmin postda işləmişəm. Yenə deyirəm kiminsə MİT-lə əlaqəsi varsa, sübutlarını ortaya qoysun. Amma bu qədər də cəfəngiyat olmaz. Mən türkəm, türkçülüyümlə fəxr edirəm. Turançıyam, yuxumda da Turan dövlətini görürəm. Azərbaycanda türkçülük ideologiyasını daşıyanlardan biri də mənə”.

Qeyd edək ki, mətbuatda yayılan dezinformasiyaya görə, nazir olduğu vaxt Bill Kilontonun inauqurasiyasına gedən İ. Həmidov andiçmə mərasimindən sonra bəzi görüşlər keçirib. Türkiyə kəşfiyyatı- MİT tərəfindən izlənilən görüş məlum olub ki, “Kürdüstan” dövlətini yaratmaq istəyənlərlə bağlı olub. Səs yazılarını lentə alan MİT, materialları Elçibəyə təqdim edib. Ə. Elçibəy də İ. Həmidovu otağına çağıraraq səs yazısına onunla birlikdə qulaq asıb. İ. Həmidov da heç bir söz demədən otağı tərk edib və istefa ərizəsini yazıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm