Ərdoğan - Gülən çəkişməsi yeni mərhələdə
Bizi izləyin

Nida.az

Ərdoğan - Gülən çəkişməsi yeni mərhələdə

Türkiyənin baş nazir Rəcəb Təyyib Ərdoğan bir müddətdir “Martın 30-dan sonra daşlar yerindən oynayacaq, bir partiya ortaya çıxacaq” kimi iddiaları ictimaiyyətlə paylaşır.


Türkiyənin baş nazir Rəcəb Təyyib Ərdoğan bir müddətdir “Martın 30-dan sonra daşlar yerindən oynayacaq, bir partiya ortaya çıxacaq” kimi iddiaları ictimaiyyətlə paylaşır.

Türkiyənin tanınmış qəzet yazarı Fehmi Koru da camaatın ən geci prezident seçkiləri ərəfəsi partiya quracağı haqda yazıb. Onun fikrincə, tanınmış din xadimi olan və hazırda ABŞ-da yaşayan Fəthullah Gülənin adamlarının baş nazirin dediyi kimi martın 30-da keçiriləcək bələdiyyə seçkilərindən sonra, yaxud prezident seçkiləri ərəfəsində yeni partiya quracaqları şübhəsizdir.

Fehmi Korunun yazdığına görə, siyasi proseslərin indiki gedişi də camaatın yeni partiya quracağını istisna etmir: “Camaatın hakim Ədalət və İnkişaf Partiyasına (AKP) səs verməyəcəklərini bilirik, ona görə yaxında dəstəkləyəcəkləri partiyanı da öyrənəcəyik”.

Ərdoğan özü isə Gülənə bağlı hərəkatın fəaliyyətini tənqid edib və bu hərəkatı paralel struktur adlandırıb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Onun sözlərinə görə, paralel struktur ölkədə bütün siyasi qüvvələri, o cümlədən müxalifəti şantaj edir.Ərdoğan qeyd edib ki, bu hərəkatın məqsədi bütün strukturlara və dövlət qurumlarına soxulmaqdır: "Paralel struktur ölkədə məkrli niyyətlərinə çatmaq üçün hər şeyi edir. Bu strukturun ölkənin hüquq-mühafizə orqanlarında əlaqələri var".

Baş nazir vurğulayıb ki, Türkiyə əvvəlki kimi şantajdan istifadə etməklə idarə olunan ölkə deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm