ADP-də Suriya müzakirəsi
Bizi izləyin

Nida.az

ADP-də Suriya müzakirəsi

Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin toplantısı keçirilib.

Publika.Az-a partiyadan verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyəti üzvləri böyük insan itkilərinə yol açan və getdikcə daha şiddətli forma alan Suriya hadisələrindən ciddi narahat olduğunu bildirib və beynəlxalq gücləri bu qanlı olayların baş memarı olan Bəşər Əsəd rejimini durdurmağa çağırıb. Toplantıda Misirdə keçirilən seçkilərdə "Müsəlman qardaşları"nın qələbəsi müsbət dəyərləndirilib. Amma qeyd olunub ki, bu ölkədə demokratik qüvvələrin hakimiyyətə gələ bilməməsinin əsas səbəbi Qərbin, xüsusilə də ABŞ-ın Misirdə olan demokratik qüvvələrə zamanında dəstək verməməsidir.

Toplantıda Yunanıstan və Fransada keçirilən seçkilərin birbaşa və dolayı olaraq Azərbaycana təsiri baxımından bu hadisələrin diqqətdə saxlanılmasının vacibliyini diqqətə çatdırılıb.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm