Nida.az
Politoloq: “Hillari Klintonun təkliflərinin ciddi olduğunu düşünmürəm“
Bu gün Parisdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçiriləcək. ATƏT-in Minsk Qrupu həmsədrlərinin də iştirak edəcəyi görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.
Publika.Az-a açıqlamasında politoloq Fikrət Sadıxov bildirib ki, münaqişənin həllinə əngəl olan amillərdən biri də Minsk Qrupu həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın üst-üstə düşməyən maraqlarıdır.
ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı münaqişəni həlli üçün ölkəsinin yeni təkliflərlə çıxış edəcəyi ilə bağlı açıqlamasını xatırladan politoloq bildirib rəsmi Vaşinqton istəkli görünsə belə, konkret nəticədən danışmaq çətindir.
Fikrət Sadıxov irəli sürüləcək təkliflərin o qədər də yeni olduğunu düşünmür:
"Əgər təkliflər ciddi və radikal olsaydı, çox güman ki, üç həmsədr arasında razılaşdırılmalı idi. Sözügedən görüşün də nəticə verib-verməməsi Rusiyanın bu təklifləri nə dərəcədə qəbul edib-etməməsi ilə bağlı olacaq.
Hillari Klintonun təkliflərinin kifayət qədər ciddi olduğuna inanmıram. Ötən iyirmi il ərzində bu kimi təkliflər çox olub. Yəqin ki, Klintonun təklifləri də onlardan biri olacaq".
Danışıqların Rusiya tərəfindən pozulması ehtimalına gəlincə, politoloq hesab edir ki, rəsmi Moskvadan belə bir addım gözləniləndir:
"Təkliflər cari xarakter daşıdığı halda, şimal qonşumuzdan təhlükəni gözləməyə dəyməz. Rusiya birinci növbədə irəli sürüləcək təkliflərin özünün maraqlarına nə dərəcədə uyğun olmasına diqqət yetirəcək”.
Ömər Əmirov
Publika.Az
-
Nida Xəbər 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO