Nida.az
Azərbaycanda sənədləşmə proseduru tam olaraq yeni texnologiyaya keçir
Gürcüstanın Tbilisi şəhərində “Ticarətin asanlaşdırılması, “bir pəncərə” konsepsiyası və Cənubi Qafqazda ticarət məlumatları tələblərinin ahəngləşdirilməsi” mövzusuna dair ikigünlük II regional konfrans keçirilib. Publika.Az-ın verdiyi məlumata görə, tədbir BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE), ABŞ İnkişaf Agentliyi (USAİD) və Gürcüstan Hökuməti tərəfindən həyata keçirilib.
Tədbirdə əsasən Qafqaz və Qara dəniz regionunda ticarətin
asanlaşdırılması sahəsində müasir texnologiyalar üzrə fikir və
təcrübə mübadiləsi aparılıb.
Konfransa Azərbaycan, Gürcüstan, Türkiyə, Ermənistan və Ukrayna
sərhəd-gömrük strukturlarının, eyni zamanda özəl şirkətlərin 100-ə
qədər nümayəndə qatılıb. Ölkəmizi tədbirdə Dövlət Gömrük Komitəsi
Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi,
gömrük xidməti general-mayoru İqbal Babayev təmsil edib.
İ.Babayev Azərbaycanın bütün gömrük-buraxılış məntəqələrində
elektron xidmət həyata keçirildikdən sonra yükdaşımaların həcmi 3-4
dəfə artdığından danışıb. “Elektron xidmətlə biz Azərbaycanın
iqtisadi və dövlət təhlükəsizliyini qoruyuruq. Bu xidməti bütün
aidiyyəti təşkilatlar və nazirliklər də izləyə bilir. Hələlik bəzi
sənədləşmə prosedurlarında elektron variantdan tam istifadə edə
bilmirik. Lakin Azərbaycan 2013-cü ildə tamamilə elektron varianta
keçəcək və kağızsız texnologiyanı tətbiq edəcək”.
Kifayət
Publika.Az
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO