“AXCP ilə birləşməyə Arif Hacılı mane olub” – İDDİA
Bizi izləyin

Nida.az

“AXCP ilə birləşməyə Arif Hacılı mane olub” – İDDİA

“Müsavatın AXCP ilə birləşməsinə Arif Hacılı mane olub”.

Bu barədə Publika.az-a açıqlamasında Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib.

Onun sözlərinə görə, AXCP ilə birləşmə təklifi ona və Tofiq Hüseynliyə (Qara Tofiq-red) məxsus olub: “Biz bunu ikilikdə müzakirə etmişdik və partiyada gündəmə gətirdik. Buna razı olanlar kifayət qədər idi. Hətta birləşmədən sonra adın Müsavat olaraq saxlanılmasına da razılıq verənlər var idi. Lakin buna mane olanlar oldu. Əsas qarşı çıxan da Arif Hacılı idi. Çünki Arif Hacılı və onun tərəfdarları birləşmə olacağı təqdirdə öz vəzifələrini itirəcəklərini düşünürdülər. Ona görə də müxtəlif yolarla bunun qarşısını aldılar. Halbuki, iki partiya birləşsəydi, Azərbaycanın siyasi arenasında ciddi güc yaranacaqdı. İndi Müsavatın vəziyyətinə baxanda bu partiya ilə iki addım da irəli getməyin mümkün olmadığı görünür”.

Qeyd edək ki, AXCP-Müsavat birləşməsi cəbhəçilərin qurultayında müzakirə olunaraq müsbət qarşılanmaışdı. Lakin Müsavat sonda geri çəkildi.

Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a açıqlamasında bu barədə qərarın Divan tərəfindən verildiyini deyib: “Divan kollegial qərarların verildiyi qurumdur və burda kiminsə iradəsi əsas rol oynamır. Səxavət bəy, görünür, bəzi şeyləri qarışdırır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm