Bakıda milli azlıqlarla bağlı beynəlxalq konfrans keçiriləcək
Bizi izləyin

Nida.az

Bakıda milli azlıqlarla bağlı beynəlxalq konfrans keçiriləcək

Konfransda Cənubi Tirol modelinin Qafqazdakı münaqişələrə uyğunluğu müzakirəyə çıxarılacaq

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun birgə təşkilatçılığı ilə "Avropada milli azlıqlar: Cənubi Tirol modeli və onun Qafqaza uyğunluğu" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə Publika.Az-a SAM-ın mətbuat xidmətindən məlumat verilib.

Konfransda SAM-ın direktoru Fərhad Məmmədov, SAM-ın direktor müavini Gülşən Paşayeva, İtaliyanın Trento Universitetinin hüquq fakültəsinin müqayisəli konstitusiya hüququ üzrə professoru Roberto Toniatti, Sloveniyanın Lyublyana Universitetinin sosial elmlər fakültəsinin professoru Mitya Zagar, İtaliyanın Trento Universitetinin Müqayisəli və Avropa hüququ üzrə Araşdırmalar Məktəbinin tədqiqatçısı Elizabetta Pulice, İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunun tədqiqatçısı Nona Mixelidze və digər qonaqlar iştirak edəcəklər.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm