Səlim Müslümov: “Fərdi uçot sistemində 5 əfqan var“
Bizi izləyin

Nida.az

Səlim Müslümov: “Fərdi uçot sistemində 5 əfqan var“

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Əfqanıstanın Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayzın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Fond sədri dövlət qulluqçularının pensiya təminatı, fərdi-uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik bazası barədə qonaqlara məlumat verib. Bildirib ki, hazırda Fondun fərdi uçot sistemində 95 ölkədən 12 825 əcnəbi vətəndaş qeydiyyatdadır, onlardan 5-i Əfqanıstan vətəndaşıdır.

Səlim Müslümov Əfqanıstan Respublikasının Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyi ilə əməkdaşlığın əsası qoyulduğunu və hazırda əməkdaşlığı nəzərdə tutan bir sıra sənədlərin imzalanması üçün danışıqlar aparıldığını bildirib.

Əfqanıstanın Azad İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının baş direktoru Sayed Zabiullah Savayz Azərbaycanda sığorta-pensiya sistemində qısa müddət ərzində həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm