Blok hakimiyyəti bütün vasitələrdən istifadə etməyə çağırdı
Bizi izləyin

Nida.az

Blok hakimiyyəti bütün vasitələrdən istifadə etməyə çağırdı

Bu gün Ümid, Azərbaycan Demokrat və Aydınlar partiyalarının daxil olduğu "Qarabağ Bloku"nun növbəti toplantısı keçirilib.

Publika.Az-ın məlumatına görə, "Qarabağ Bloku" Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması və Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən diversiyalardan dərin narahatlıq keçirdiyini və bu hadisələrin arxasında Rusiya-Ermənistan birliyinin məkrli niyyətlərinin durduğunu qeyd edib.

Eyni zamanda hakimiyyəti indiki həssas durumda ayıq-sayıq olmağa və ərazi bütövlüyümüzün qorunması naminə bütün siyasi və hərbi vasitələrdən istifadə etməyə çağırıb.

Toplantıda "İnformasiya əldə etmək haqında", "Hüququ şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" Qanunlara edilən dəyişilikləri və "Yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin genişləndirilməsi haqqında" ölkə başçısının verdiyi sərəncam da müzakirə edilib.

Toplantıda ötən həftə qəbul olunan qərarların icra vəziyyəti ilə bağlı müvafiq qurumların məruzəsi dinlənilib və qərarların icra vəziyyəti qənaətbəxş hesab edilib.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm