Nida.az
AMİP yubileyə hazırlaşır
Azərbaycan Milli İstiqlal Partiyasının 20 illik yubileyi ilə bağlı tədbirlər planı artıq hazırdır. Bu barədə Publika.Az-a AMİP-in baş katibi Arzuxan Əlizadə məlumat verib.
O qeyd edib ki, artıq rayon təşkilatlarında yubiley tədbirlərinə start verilib. Bundan başqa ölkə üzrə forum keçirilməsi, ayrıca olaraq AMİP-çi gənclərin, habelə digər siyasi partiyalarla birgə tədbirlərin təşkili nəzərdə tutulur.
AMİP-in İctimai Palata ilə bağlı mövqeyində heç bir dəyişiklik olmadığını bildirən Arzuxan Əlizadə bununla belə sıravi AMİP-çilərin, partiya Mərkəzi Şurasının üzvlərinin İctimai Palatanın işində iştirak etdiklərini vurğulayıb:
"Sadəcə olaraq biz partiya olaraq İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunmuruq. Hesab edirik ki, hələlik İctimai Palataya münasibət məsələsinə yenidən baxmağa ciddi səbəb yoxdur".
Arzuxan Əlizadə hazırda AMİP-də mətbuat və təbliğat katibi postunun vakant olduğunu da bildirib:
"Əli Orucov istefa verəndən sonra, keçən ilin dekabrından bu post boşdur. Amma partiyada mətbuat xidməti fəaliyyət göstərir. Mən baş katib olaraq həmin vəzifənin icrasını da öz üzərimə götürmüşəm. Həmin sahəyə bilavasitə özüm rəhbərlik edirəm. Hesab edirəm ki, hələlik bu posta təyinata elə də ciddi ehtiyac yoxdur".
Səxavət Həmid
Publika.Az
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?